Modern.az

Gürcüstanda iki aksiya iştirakçısı saxlanıldı

Gürcüstanda iki aksiya iştirakçısı saxlanıldı

Dünya

10 İyun 2018, 21:51

Gürcüstanda parlamentin binası qarşısında bu gün axşam saatlarından başlayan aksiya davam edir. Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Tbilisidə güclü yağışın başlaması səbəbindən parlament binası qarşısında olan çadırlar Rustaveli prospektinə daşınıb.

Paytaxtın polis patrulunun rəhbəri Temur Kupatadze bildirib ki, Tbilisidə keçirilən etiraz aksiyasında 2 nəfər saxlanılıb.

Temur Kupatadzenin sözlərinə görə, saxlanılan ikinci şəxs aksiya iştirakçısıdır. Hər iki vətəndaş inzibati qayda pozuntusuna görə saxlanılıb.

Zaza Saralidze isə  jurnalistlərə açıqlamasında deyib ki, oğlunun qətlində günahı olanların hamısı müəyyən olunmayana qədər  Rustaveli prospektindəki çadırdan çıxmayacaq.

Qeyd edək ki, Tbilisidə keçirilən etiraz aksiyasına Gürcüstanın regionlarından da insanlar dəstək verirlər. Aksiyada iştirak etmək üçün Qori və Rustavi şəhərlərindən, azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Bolnisi, Qardabani, Tsalka, Kaspi rayonlarından da xeyli adam gəlib.

Mitinqə Gürcüstanın "Vahid Milli Hərəkat", "Demokratik Gürcüstan", "Avropa Gürcüstanı" və digər siyasi partiyaların nümayəndələri də qatılıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü