Modern.az

Təhsil Nazirliyi: ““Kids studio” uşaq bağçası qanunsuz fəaliyyət göstərib”  

Təhsil Nazirliyi: ““Kids studio” uşaq bağçası qanunsuz fəaliyyət göstərib”  

Aktual

12 İyun 2018, 12:07

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən özəl bağçalardan birində uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb. Görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb.

Belə ki, Yasamal rayonu ərazisində yerləşən “Kids studio” uşaq bağçasında  tərbiyəçi işləyən Firuzə Tağıyeva uşaqlara qarşı zorakı hərəkətlərə yol verib. Artıq həmin tərbiyəçi işdən uzaqlaşdırılıb. Eyni zamanda, bağça fəaliyyətini dayandırıb.

Uşaqlara qarşı bu cür qəddar davranış sərgiləyən təhsil işçisinin neqativ hərəkətləri ictimaiyyətin qınağına tuş gəlib.

Modern.az saytı rəsmi qurumlar olan Təhsil Nazirliyi və Bakı Şəhəri Təhsil İdarəsinin mövqeyini öyrənməyə çalışıb.


Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov
məsələyə bu cür münasibət bildirib.

“Təhsil müəssisələrinin, o cümlədən bağçaların fəaliyyətinə dair lsenziyaların verilməsi müvafiq dövlət qurumu tərəfindən həyata keçirilir. Bu zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi- sanitariya gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlərinə uyğunluğu Təhsil Nazirliyinin ekspertləri tərəfindən yoxlanılır.
O ki qaldı Bakı şəhərində fəaliyyət göstərən “Kids studio” uşaq bağçası ilə bağlı məsələyə, onu deyə bilərik ki, bu müəssisə lisenziyasız qeyri-qanuni fəaliyyət göstərir”.

Bakı Şəhəri Təhsil İdarəsindən isə qısa olaraq belə açıqlama verilib:

“Adıçəkilən bağçanın  bizə nə səlahiyyət baxımından, nə də rəsmi bağlılığı var”

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü