Qars-İğdır-Naxçıvan dəmir yolu İran və Azərbaycanla birgə tikiləcək.
Bunu Türkiyənin Nəqliyyat, Gəmiçilik və Rabitə Nazirliyindən bildiriblər.
Məlumatda qeyd olunur ki, bu layihə prioritet nəqliyyat layihələrindən biridir:
“Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması nəticəsində Türkiyə yükləri İran və Pakistan, eləcə də Əfqanıstandan keçməklə nəql edə biləcək”.