Modern.az

DÇ-2018: Danimarka Perudan üstün oldu - VİDEO

DÇ-2018: Danimarka Perudan üstün oldu - VİDEO

Aktual

16 İyun 2018, 22:04

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında C qrupunun növbəti oyunu keçirilib. Modern.az xəbər verir ki, bu dəfə Peru və Danimarka yığmaları üz-üzə gəlib. Saranskdakı "Mordoviya Arena"da təşkil olunan oyunda ilk öncə Peru millisi qol vurmaq şansı qazanıb.

Amma Puru penaltini qola çevirmək şansını qaçırıb. Oyunun ikinci hissəsində isə Danimarka hesabı açmağı bacarıb. Yeganə qolu 59-cu dəqiqədə Poulsen vurub. Oyun Danimarkanın 1:0 hesablı üstünlüyü ilə bitib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü