Modern.az

Dövlət Sərhəd Xidmətinin əsgəri bədbəxt hadisə nəticəsində öldü

Dövlət Sərhəd Xidmətinin əsgəri bədbəxt hadisə nəticəsində öldü

19 İyun 2018, 00:34

Dövlət Sərhəd Xidmətinin əsgəri Cəlilabad rayonunda bədbəxt hadisə nəticəsində həlak olub. Modern.az "Report"a istinadən xəbər verir ki, Göytəpə Sərhəd Dəstəsinin əsgəri, 1999-cu il təvəllüdlü Qusar rayon sakini Həmidov Ayaz Zabil oğlu bədbəxt hadisə nəticəsində vəfat edib.

 

İlkin məlumata görə, əsgər xidməti vəzifəsini yerinə yetirən zaman atdan yıxılıb. Nəticədə o, aldığı xəsarətdən dünyasını dəyişib.

 

Əsgərin meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsində müayinə edilib.

 

Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü