Modern.az

Hindistanda 500 min insan faciə ilə üzləşib

Hindistanda 500 min insan faciə ilə üzləşib

Aktual

19 İyun 2018, 15:36

Hindistanda təbii fəlakətdən 500 minə yaxın insan zərər çəkib.

 

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə bir həftədir davam edən musson yağışları Hindistanın şimal şərqindəki əyalətlərdə sellərə səbəb olub. Bunun nəticəsində 23 insan dünyasını dəyişib.

Bölgədə 500 min hektarlıq ərazidə 716 kənd sular altında qalıb, minlərlə insan təhlükəsiz ərazilərə köçürülüb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü