Modern.az

İsmayıllıya bir həftədə 5 mindən çox turist gəlib

İsmayıllıya bir həftədə 5 mindən çox turist gəlib

20 İyun 2018, 00:20

Zəngin flora və faunası, qədim və orta əsrlərə aid tarixi abidələri ilə tanınan İsmayıllı rayonu istər yerli, istərsə də xarici turistlərin maraq göstərdiyi bölgələrdəndir. Təsadüfi deyil ki, rayona gələn turistlərin sayı ildən-ilə artır. Təkcə Ramazan bayramı günlərində rayona 5 mindən çox turist gəlib.

Modern.az  xəbər verir ki, İsmayıllı Turizm İnformasiya Mərkəzinin məlumatına görə, bu, ötənilki bayram günlərində gələn turistlərin sayından 15 faiz çoxdur.

 

Məlumata görə, bayram günlərində bütün turizm mərkəzləri, o cümlədən “Qız qalası”, “Qızıl qaya”, “Narniya” yerli və xarici turistlərlə tamamilə dolmuşdu. Xeyli sayda turist isə Xanagah, Aşağı Cülyan, Buynuz kəndlərində fərdi evlərdə qalıb.

 

Qeyd edək ki, İsmayıllıda 220-dən çox tarix və mədəniyyət abidəsi vardır ki, onlardan 32-si ölkə, qalanları isə yerli əhəmiyyətlidir. Dünya əhəmiyyətli Lahıc Dövlət Tarix və Mədəniyyət Qoruğu bu gün turistlərin maraq göstərdikləri əsas məkandır. Elə buna görədir ki, Ramazan bayramı günlərində Lahıca 3 min nəfərdən çox turist gəlib. Gələnlər arasında yerli turistlərlə yanaşı, Almaniyadan, Fransadan, İngiltərədən olan ziyarətçilər də var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü