"Azərbaycanda 10 milyon əhalinin 1 milyondan çoxu qaçqın və məcburi köçkün vəziyyətindədir. Ölkədə hər 10 nəfərdən biri qaçqındır. Dünyada olan əhali ilə qaçqınların sayını müqayisə etdikdə, yüzlərlə insana bir qaçqın düşür. Bu qaçqın və məcburi köçkün probleminin Azərbaycanda nə qədər ciddi olduğunu göstərir".
Modern.az-ın məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov Ümumdünya Qaçqınlar Günü ilə bağlı keçirilən tədbirdə deyib.
Baş nazirin müavini bildirib ki, görünür dünyada ədalətsizlik pozulub ki, qaçqın və məcburi köçkün problemi yaranıb.
"Dünyada separaatizim, başqa ərazilərə göz dikmək olmasaydı, qaçqınlar problemi də bu qədər ağır məhrumiyyətlərə səbəb olmazdı. Azərbaycanın 1 milyondan artıq insanının bu vəziyyətdə yaşamasına göz yumulursa, bu problem Azərbaycanda yarananda lazımi diqqət göstərilmirdisə, düşünmək lazım idi bu problem bir ölkə çərçivəsindən çıxaraq bütün dünyanı əhatə edəcək. O zaman Azərbaycan xəbərdarlıq edirdi, ancaq o zaman Azərbaycana lazımi diqqət göstərilmədi. Ona görə də vaxtilə Azərbaycanı titrədən bu problem indi bütün dünyanı silkələyən problemə çevrilib".