Modern.az

Dünya Çempionatı-2018: İspaniya çətin qələbə qazandı

Dünya Çempionatı-2018: İspaniya çətin qələbə qazandı

Aktual

20 İyun 2018, 23:58

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında yeddinci günün son oyunu keçirilib. Modern.az xəbər verir ki, “Kazan Arena”da keçirilən oyunda İspaniya və İran milli komandaları qarşılaşıb. Oyunda yeganə qolu 54-cü dəqiqədə İspaniya millisinin oyunçusu Dieqo Koşta vurub. Matç ispanların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

İran ilk turda Mərakeş yığmasını 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. İspaniya isə Portuqaliya ilə heç-heçə edib – 3:3. Bu gün Mərakeş yığmasını 1:0 hesabı ilə məğlub edən portuqaliyalılar hazırda 4 xalla qrupa liderlik edirlər. İspaniya yığması da qazandığı qələbə xallarının sayını 4-ə çatdırıb.

 

Qeyd edək ki, İran yığması ilk dəfədir iki dəfə dalbadal dünya çempionatına vəsiqə qazanır. İndiyədək dörd dəfə dünya çempionatında çıxış edən İran yığması onların hamısında mübarizəni qrup mərhələsində dayandırıb.

 

2010-cu ildə dünya çempionatının qalibi olan İspaniya yığması 15-ci dəfədir mundialda çıxış edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü