Modern.az

“Mavi balina” oyununu daha bir qurucusu saxlanıldı

“Mavi balina” oyununu daha bir qurucusu saxlanıldı

Aktual

21 İyun 2018, 10:57

Rusiyada 2015-ci ildə çıxan və bütün dünyada 130-dan çox insanın ölümünə səbəb olan oyunun qurucuları ilə əlbir olan bir nəfər də həbs edilib.

Modern.az “Haber Türk” agentliyinə istinadən xəbər verir ki, Nikita Nearonov adlı bu rusiyalı gənc 10 uşağın intihar hadisəsində şübhəli bilinir.

 

Onun daha 40 nəfərlik bir qrup ilə də oyun ilə bağlı yazışmalar apardığı məlum olub.

Polis onun çox ağıllı olduğunu və Moskvada maliyyə mütəxəssisi kimi yüksək maaşlı bir işdə işlədiyini qeyd edib.

Nearonov öz qurbanlarını klassik qaydada “Whatsapp” və “Facebook” ilə yox, Rusiyada geniş istifadə edilən “VK” və “telegram vasitəsi ilə seçirmiş.

 

Xatırladaq ki, 2015-ci ildə Rusiyada psixologiya oxuya bir tələbə Filip Boedik tərəfindən yaradılıb. Keçən bu şəxsə 16 uşağın intihar etməsinə səbəb olduğu üçün 3 il həbs cəzası verilib. Bundan sonra ölümlərin dayanmadığını görən polis işi araşdıraraq oyunun yaradıcılarından daha bir nəfəri İlya Sidorovu həbs edib.

 

Qeyd edək ki, “Blue Whale” (Mavi Balina) adlanan bu oyun 50 gün çəkir. Bu günlər ərzində istifadəçi müxtəlif tapşırıqları yerinə yetirməlidir. Bu tapşırıqların sonuncusu isə intihar etmək tapşırığı olur.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü