Modern.az

KXCP-də sədrliyə yeni namizəd qadın oldu

KXCP-də sədrliyə yeni namizəd qadın oldu

Aktual

21 İyun 2018, 11:07

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) qurultaya hazırlaşır. Qurultayda partiyaya sədr seçkisi də keçiriləcək.

Maraqlıdır, qurultay harda keçiriləcək?  Sədrliyə  kimlər namizədliyini irəli sürüb?

Bununla bağlı  Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) İdarə Heyətinin üzvü  Xəzər Teyyublu Modern.az saytına açıqlama verib. O bildirib ki, hazırda  partiyanın rayon şöbələrində qurultaya hazırlıq üzrə təşkilat komitələrinin iclasları keçirilir:

“Bu baxımdan hələ ki qurultaya müəyyən müddət var. Bildiyiniz kimi Oqtay Gülalıyev KXCP sədrliyinə namizədliyini elan etmişdi.  Ondan əlavə  KXCP "İzmir" Rayon Şöbəsi (Yasamal) Nisəxanım Vəliyevanın  da  KXCP sədrliyinə namizədliyini irəli sürüb.  Biz demokratik təşkilatıq və hər bir üzvümüzün belə bir iddia ortaya qoymasını normal qəbul edirik.  Partiyamızın rayonlarda böyük şöbələri var. Heç olmasa  rayon şöbələrinin 90 faizində konfranslar yekunlaşmalıdır ki, Ali Məclis çağırılsın və qurultayın günü, yeri müəyyənləşdirilsin”.

X.Teyyublu qeyd edib ki, qurultay yeri ilə bağlı iqtidara müraciət ediləcək: “Çalışacağıq ki, Bakı şəhərinin birinci mərkəzində yaxşı zalların birində bizə qurultay üçün yer verilsin. Həmişə bu cür tədbirləri Hüseyn Sarabski adına Mədəniyyət Evi, “Şəhriyar”  klubu, Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçirmişik. Yəqin ki,  bu yerlərdən biri üçün Bakı Şəhər Meriyasına  müracitəmiz olacaq, hara məsləhət görüləcəksə, qurultay da  orda keçiriləcək. Adətən qurultay nümayəndələrimizin sayı çox olur. Buna müvafiq qərar verəcəyik”.

Qeyd edək ki, KXCP-nin hazırki sədri Mirmahmud Mirəlioğlunun namizəd olub-olmayacağı bilinmədiyi üçün təşkilat sədrliyinə hələ ki iki  namizəd var. 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü