Modern.az

Şirkət rəhbəri işdə məhəbbət məcarasına görə istefaya getdi

Şirkət rəhbəri işdə məhəbbət məcarasına görə istefaya getdi

Aktual

21 İyun 2018, 21:30

ABŞ-ın məşhur "Intel” korporasiyasının baş direktoru Brayan Krjaniç istefaya göndərilib. O, Direktorlar Şurasından da çıxarılacaq. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

 

Qərarın səbəbi B. Krjaniçin daxili qaydalara zidd olaraq, əməkdaşlardan biri ilə eşq macərası yaşamasıdır.

 

"Məlumat çatdı ki, Krjaniç əməkdaşlardan biri ilə daha əvvəl eşq yaşayıb. Aparılan araşdırma "Intel”də qəbul olunmuş, işdə eşq macərasını qadağan edən normaların pozulması faktını təsdiqləyib. Bu qaydalar bütün menecerlərə aiddir”, - deyə şirkətin rəsmi açıqlamasında bildirilir.

 

B. Krjaniçin münasibətdə olduğu əməkdaşın cinsi açıqlanmayıb.

 

"Intel”in Direktorlar Şurası B. Krjaniçin istefaya göndərilməsinə səs verib. Şirkətin baş maliyyə direktoru Robert Svan baş direktor səlahiyyətlərinin icraçısı təyin olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü