Modern.az

Maskalılar bankın şöbəsini oda verdilər

Maskalılar bankın şöbəsini oda verdilər

Aktual

22 İyun 2018, 11:37

Ukraynanın paytaxtı Kiyevdə naməlum şəxslər “Oşadbank”ın şöbəsini yandırıblar.

 

Modern.az “112 Ukrayna” nəşrinə istinadən xəbər verir ki, bank naməlum şəxslərin “Molotov kokteyli” atması nəticəsində yanıb.

Hadisə iyunun 22-si gecə saatlarında baş verib.

 

“Saat 3:45-də (bakı vaxtı ilə 4:45) Sevastopolun “Qəhrəmanlar” küçəsində partlayış səsləri gəldiyi və tüstü görüldüyü haqda zəng daxil olub. Həmin ünvanda Bank filialının yerləşdiyi bir mərtəbəli binanın olduğu müəyyən edilib” – polisin məlumatında bildirilib.

Hadisə nəticəsində heç kimin xəsarət almadığı da qeyd olunub.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü