17 iyul 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Azərbaycan neft hasilatının artırılması qərarını dəstəkləyir
Azərbaycan neft hasilatının artırılması qərarını dəstəkləyir
23.06.2018, 20:00

Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin dördüncü görüşündə hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Energetika nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasını Azərbaycan da dəstəkləyib.

 

Tədbirdə iştirak edən energetika naziri Pərviz Şahbazovun verdiyi məlumata görə, iclasda dünya neft bazarının son vəziyyəti təhlil edilib. Dünya iqtisadiyyatının inkişaf templəri, proqnozlar, neftə tələbatı əks etdirən təqdimatlar edilib. OPEC Nazirlər Şurasının 174-cü iclasının qərarını zəruri edən amillər nəzərdən keçirilib, OPEC-lə yanaşı, kartelə üzv olmayan ölkələr tərəfindən də öhdəliklərin 100 faizdən çox icrasının bazarda tələb-təklif tarazlığı üçün risklər yaratdığı qeyd edilib. Bazarda neft ehtiyatlarının azalması vəziyyətində artan tələbatın ödənilməsi üçün OPEC+ nazirlər səviyyəsindəki Monitorinq Komitəsinin Vyana razılaşması çərçivəsində neft hasilatının artırılması təklifinin qeyri-OPEC ölkələri tərəfindən qəbulunun vacibliyi bildirilib.

 

Görüşün yekununda OPEC ölkələri və təşkilata daxil olmayan ölkələr, o cümlədən Azərbaycan tərəfindən “Əməkdaşlıq Bəyannaməsi”nə imza atılıb.

 

Yeni qərarı şərh edən energetika naziri Pərviz Şahbazov neft bazarının yeni vəziyyətə uyğun tənzimlənməsi üçün OPEC+ formatında həmrəyliyin, hasilatın artırılması tədbirlərinin də davamlı əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin vacibliyini qeyd edib: “Neft bazarının neft hasil və ixrac edən ölkələrin maraqlarına uyğun inkişafı prosesinə Azərbaycan bundan sonra da dəstək verməyə hazırdır. İndiyə kimi OPEC+ çərçivəsində neft hasilatının azaldılması ilə bağlı öhdəliyini artıqlaması ilə yerinə yetirən Azərbaycan müvafiq tədbirlərlə ölkədə hasilat həcmlərini kvotaya uyğunlaşdırmaqla ümumi prosesə öz töhfəsini verəcəkdir.”

 

Qeyd edək ki, OPEC+ tədbiri çərçivəsində, dünyada ilk dəfə neftin sənaye üsulu ilə məhz Azərbaycanda çıxarıldığını təsdiqləyən Bibiheybət mədəni ərazisindəki quyunun təsvir olunduğu tablo OPEC-ə təqdim olunub. OPEC-in baş katibi Məhəmməd Barkindo Azərbaycanı neftin vətəni və dünya neft sənayesinə davamlı töhfələri olan ölkə kimi dəyərləndirib. Quyu barədə məlumat verən energetika naziri Pərviz Şahbazov isə bildirib ki, 1846-cı ildə Bibiheybət yatağında şəkildəki bu quyunun qazılması ilə dünyada sənaye üsullu neft hasilatının əsası qoyulub. Arxiv sənədləri əsasında ilk quyunun yeri dəqiqləşdirilərək bərpa edilib. Nazir Azərbaycanın 200 ilə yaxın tarixə malik neft sənayesinin inkişaf mərhələlərindən, həyata keçirilən layihələrdən danışıb, neft ölkəsi kimi uzunmüddətli inkişafı təmin edəcək yeni tədbirlərdən bəhs edib.

 

OPEC+ formatında müvafiq tədbirlərindən birinin Bakıda keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin təklifi bir daha diqqətə çatdırılaraq, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin təmsilçiləri Bakıya dəvət edilib.

 


VIDEO
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Rəhimə Dadaşovaya ağır itki üz verib
17.07.2018, 09:48

Rəhimə Dadaşovaya ağır itki üz verib

UNEC-n Zaqatala filialında təhsil haqları azaldılıb
17.07.2018, 09:44

UNEC-n Zaqatala filialında təhsil haqları azaldılıb

Ermənistan atəşkəsi 103 dəfə pozdu
17.07.2018, 09:34

Ermənistan atəşkəsi 103 dəfə pozdu

Dövlət qulluğuna qəbulun nəticəsi açıqlanıb
17.07.2018, 09:33

Dövlət qulluğuna qəbulun nəticəsi açıqlanıb

Səbaildə icra başçısını xanım müavin əvəz edir   
17.07.2018, 09:20

Səbaildə icra başçısını xanım müavin əvəz edir  

“YouTube”da müəllif hüquqlarını pozanları axtaran funksiya açıldı
17.07.2018, 09:07

“YouTube”da müəllif hüquqlarını pozanları axtaran funksiya açıldı

Bu gün AvroLiqada 3 oyun keçiriləcək - TƏQVİM
17.07.2018, 09:04

Bu gün AvroLiqada 3 oyun keçiriləcək - TƏQVİM

Gədəbəydə bacı qardaşını qətlə yetirib
17.07.2018, 08:43

Gədəbəydə bacı qardaşını qətlə yetirib

Manatın bugünkü MƏZƏNNƏSİ
17.07.2018, 08:37

Manatın bugünkü MƏZƏNNƏSİ

Azərbaycanlı sehrbazı kobra sancdı
17.07.2018, 00:57

Azərbaycanlı sehrbazı kobra sancdı

FİFA Serbiyanı böyük məbləğdə cərimələyib
17.07.2018, 00:35

FİFA Serbiyanı böyük məbləğdə cərimələyib

Müasir tarixin ən zəngin adamı
17.07.2018, 00:16

Müasir tarixin ən zəngin adamı

BMT Rusiya və  ABŞ liderlərinin görüşünü alqışladı
16.07.2018, 23:58

BMT Rusiya və  ABŞ liderlərinin görüşünü alqışladı

Azərbaycan nefti ucuzlaşıb
16.07.2018, 23:44

Azərbaycan nefti ucuzlaşıb

ABŞ-da rusiyalı qadın casus yaxalandı
16.07.2018, 23:35

ABŞ-da rusiyalı qadın casus yaxalandı

Xalq artisti yenidən görüntüləndi - FOTOLAR
16.07.2018, 23:07

Xalq artisti yenidən görüntüləndi - FOTOLAR

“Şərq Tərəfdaşlığı” sammitinin vaxtı açıqlanıb
16.07.2018, 22:49

“Şərq Tərəfdaşlığı” sammitinin vaxtı açıqlanıb

Onlar ölkələrində qəhrəman kimi qarşılandı-FOTO
16.07.2018, 22:36

Onlar ölkələrində qəhrəman kimi qarşılandı-FOTO

“Prezidentin ilk 100 günü” qeyd edildi - FOTOLAR
16.07.2018, 22:24

“Prezidentin ilk 100 günü” qeyd edildi - FOTOLAR

Ödənişi 2 ay gecikdiyinin maşını əlindən alındı - VİDEO
16.07.2018, 22:02

Ödənişi 2 ay gecikdiyinin maşını əlindən alındı - VİDEO

"Tok"la balıq tutmaq istəyərkən şəxs özü öldü
16.07.2018, 21:49

"Tok"la balıq tutmaq istəyərkən şəxs özü öldü

İtaliya prezidenti Azərbaycana gəlir
16.07.2018, 21:33

İtaliya prezidenti Azərbaycana gəlir

Putin Trampa DÇ-nin rəsmi topunu hədiyyə edib
16.07.2018, 21:21

Putin Trampa DÇ-nin rəsmi topunu hədiyyə edib

Bakıda avtobus yandı
16.07.2018, 21:09

Bakıda avtobus yandı

Ermənistanda Ədliyyə Nazirliyinin binası uçdu: 1 ölü. 2 yaralı
16.07.2018, 20:57

Ermənistanda Ədliyyə Nazirliyinin binası uçdu: 1 ölü. 2 yaralı

Bu il heyvanlar arasında təhlükəli manqo xəstəliyi aşkarlanmayıb
16.07.2018, 20:43

Bu il heyvanlar arasında təhlükəli manqo xəstəliyi aşkarlanmayıb

“Görüş iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsi oldu”- Tramp         
16.07.2018, 20:29

“Görüş iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsi oldu”- Tramp         

Dövlət Neft Fondu gəlir və xərclərini açıqladı
16.07.2018, 20:14

Dövlət Neft Fondu gəlir və xərclərini açıqladı

Trampla Putinin mətbuat konfransında İNSİDENT
16.07.2018, 20:03

Trampla Putinin mətbuat konfransında İNSİDENT

Azərbaycanda yeni Dövlət Agentliyi yaradıldı
16.07.2018, 19:56

Azərbaycanda yeni Dövlət Agentliyi yaradıldı

Putin və Trampın mətbuat konfransında insident olub
16.07.2018, 19:51

Putin və Trampın mətbuat konfransında insident olub

Putin: “Rusiya və ABŞ dünyada təhlükəsizliyin təmin olunmasında məsuliyyət daşıyır”
16.07.2018, 19:43

Putin: “Rusiya və ABŞ dünyada təhlükəsizliyin təmin olunmasında məsuliyyət daşıyır”

Mətbuat Şurasının İdarə Heyəti Gəncə hadisələrini müzakirə edib
16.07.2018, 19:33

Mətbuat Şurasının İdarə Heyəti Gəncə hadisələrini müzakirə edib

Bilik Fondunun Himayəçilik Şurasının üzvləri təyin edildi - SİYAHI
16.07.2018, 19:26

Bilik Fondunun Himayəçilik Şurasının üzvləri təyin edildi - SİYAHI

BTC vasitəsilə 3 milyard barel neft ixrac olunub
16.07.2018, 19:18

BTC vasitəsilə 3 milyard barel neft ixrac olunub

ARXİV