Modern.az

Parlament seçkilərində səslərin 91 faizi sayılıb: “Cümhur ittifaqı” 54,06 faiz səs alıb - YENİLƏNİB

Parlament seçkilərində səslərin 91 faizi sayılıb:  “Cümhur ittifaqı”  54,06 faiz səs alıb - YENİLƏNİB

Aktual

24 İyun 2018, 23:11

Bu gün Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərində səslərin 91 faizi sayılıb. Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki, sayılan səslərin nəticəsinə görə, “Cümhur ittifaqı” bloku 54,06%, “Millət ittifaqı” 33,09%, Xalqların Demokratik Partiyası isə (HDP) 10,92 faiz səs toplayıb.

 

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası  və Milliyətçi Hərəkat Partiyası  parlament seçkilərinə birgə blokda – “Cümhur ittifaqın”da qatılıb,  Böyük Birlik Partiyasının (BBP) namizədləri isə “Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda qatılıb.

 

21:57

 

Bu gün Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərində səslərin 72 faizi sayılıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, səsvermənin nəticələrinə görə, “Cümhur ittifaqı” bloku 55,74 faiz səs alıb. “Millət ittifaqı” 32,84%, Xalqların Demokratik Partiyası isə (HDP) 10,12 faiz səs toplayıb.

 

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası  və Milliyətçi Hərəkat Partiyası  parlament seçkilərinə birgə blokda – “Cümhur ittifaqın”da qatılıb,  Böyük Birlik Partiyasının (BBP) namizədləri isə “Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda qatılıb.

 

21:10

 

Bu gün Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərində səslərin 31 faizi sayılıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, sayılan səslərə əsasən, “Cümhur ittifaqı” bloku 59,69%, “Millət ittifaqı” 29,86%, Xalqların Demokratik Partiyası isə (HDP) 8,98 faiz səs toplayıb.

 

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası  və Milliyətçi Hərəkat Partiyası  parlament seçkilərinə birgə blokda – “Cümhur ittifaqın”da qatılıb,  Böyük Birlik Partiyasının (BBP) namizədləri isə “Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda qatılıb.

 

20:05

 

Bu gün Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərində səslərin 12,3 faizi sayılıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, sayılan səslərə əsasən hakim Ədalət və İnkişaf Partiyası (AKP) 51,9 faiz, Milliyətçi Hərəkat Partiyası 13,1 faiz, Cümhuriyyət Xalq Partiyası 15,6 faiz, İyi Partiya 8,5 faiz, Xalqların Demokratik Partiyası (HDP) 7,3 faiz, Səadət Partiyası 1,3 faiz səs toplayıb.

 

Qeyd edək ki, AKP və MHP parlament seçkilərinə birgə blokda – “Cümhur ittifaqın”da qatılıb,  Böyük Birlik Partiyasının (BBP) namizədləri isə “Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda qatılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü