Modern.az

Övladları Şahbaz Xuduoğlunun yubiley yaşına mahnı bəstələdilər - VİDEO  

Övladları Şahbaz Xuduoğlunun yubiley yaşına mahnı bəstələdilər - VİDEO    

Mədəni̇yyət

25 İyun 2018, 09:40

Tanınmış naşir, tərcüməçi-yazar, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu iyunun 24-də 5o yaşını tamam edib.

Şahbaz Xuduoğlu 24 iyun 1968-ci ildə Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub. Xalq şairi Sabir Rüstəmxanlının qardaşıdır.

O, 1992-ci ildə “Qanun” jurnalını, 1996-cı ildə isə eyni adlı nəşriyyatı yaradıb.

Modern.az-ın məlumatına görə, övladları Şahbaz Xuduoğlunun yubiley yaşına mahnı bəstələyiblər.

Sözləri Sabir Rüstəmxanlıya məxsus olan mahnının musiqisini Şahbaz Xuduoğlunun övladları Sevinc və Tengiz bəstələyib. Layihənin rəhbəri isə yubilyarın bacısı oğlu, jurnalist Elchin Zahirogludur.

Modern.az saytı həmin mahnını təqdim edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır