Modern.az

Azərbaycanlı xanım BP-yə vitse-prezident təyin olundu

Azərbaycanlı xanım BP-yə vitse-prezident təyin olundu

İqtisadiyyat

25 İyun 2018, 14:55

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə modernləşdirmə və transformasiya proqramına rəhbərlik edən Nərminə Nəbiyeva 18 iyun 2018-ci ildən şirkətin insan resursları üzrə vitse-prezidenti təyin olunub.

“BP Azerbaijan”dan Modern.az-a verilən məlumata görə, bu vəzifədə Nərminə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun, həmçinin BP-nin apstrim seqmentinin insan resursları üzrə regional rəhbər qrupunun üzvü olacaq.

Rəsmi məlumata görə, N. Nəbiyeva bundan əvvəl BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə insan resursları şöbəsində, Hindistanda BP-nin Reliance şirkəti ilə tərəfdaşlığı fəaliyyətində və BP-nin apstrim seqmentinin talant və öyrənmə qrupunda çalışıb.

Vitse-prezident Dövlət İdarəçilik Akademiyasından dövlət idarəçiliyi və iqtisadiyyat üzrə bakalavr dərəcəsi və Böyük Britaniyanın Robert Qordon Universitenindən menecment üzrə təhsil alıb. O həmçinin İnsan Resurslarının İdarə Olunması və İnkişafı üzrə ixtisaslaşmış İnstitutun (CİPD) üzvüdür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı