Modern.az

Bakıda mənzildə qadın meyiti tapıldı

Bakıda mənzildə qadın meyiti tapıldı

Aktual

25 İyun 2018, 15:56

Bakıda mənzildə 74 yaşlı qadın meyiti tapılıb.

Bu haqda Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumatda bildirilib.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1944-cü il təvəllüdlü Əhmədvəliyeva Roza Nurislamovnanın cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü