Modern.az

Ordumuzun 100 illiyi ilə bağlı yeni poçt markası buraxılıb - FOTO

Ordumuzun 100 illiyi ilə bağlı yeni poçt markası buraxılıb - FOTO

Aktual

25 İyun 2018, 20:31

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən “Azərbaycan Milli Ordusunun 100 illiyi” münasibətilə yeni poçt markası hazırlanıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Modern.az-a verilən məlumata görə, poçt markası Azərbaycan Xalq Cümhuriyyəti və Milli Ordumuzun 100 illiyinə həsr olunub. Fransada yüksək keyfiyyətlə nəşr olunan markalar iyunun 26-da dövriyyəyə buraxılacaq.

 

110x135 millimetr ölçüsündə olan markanın tirajı 3000 ədəd təşkil edir.

 

Markaları “Azərpoçt” MMC-nin poçt şöbə və filiallarından, eləcə də “Şəbəkə” xidmət mərkəzlərindən əldə etmək mümkündür.

 

Məlumat üçün bildirək ki, Azərbaycanda 1919-cu ildə dövriyyəyə buraxılan ilk marka da Azərbaycan əsgərinə həsr olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü