16 dekabr 2018, Bazar
Ana Səhifə - ƏDƏBİYYAT - Ermənilər Şimali Qafqazda
Ermənilər Şimali Qafqazda
27.06.2018, 12:22

Şahnaz Tağıyeva
AMEA Qafqazşünaslıq İnistitutu
Şimali Qafqaz şöbəsi, kiçik elmi işçi
[email protected] 

 

Ermənilərin xarici torpaqları ələ keçirərək ərazilərini genişləndirmə planları öz davamlılığı ilə xarakterizə olunur. Onlar öz iddialarını təmin etmək üçün müxtəlif faktları saxtalaşdıraraq digər xalqlara məxsus mədəni dəyərləri mənimsəməyə çalışırlar. Buna musiqi, müxtəlif təamlar, geyimlər, toponimlər və s aiddir. 


N.Q.Volkova ( rəssam) I.X.Kuçuk İoannesovanın erməni dilinə tərcümə etdiyi mənbəyə əsaslanaraq Krasnodar diyarının Beloreçensk kəndində xristian kilsəsinin xarabalıqlarında tapılmış və guya erməni dilində olan bir daşa istinad edərək, ermənilərin  Şimali Qafqaza orta əsrlərdə daxil olduqlarını bildirir. [3, 257]


Tarixi faktlara diqqət yetirsək ermənilərin aktiv şəkildə Qafqaza köçürülməsi  XVIII və ХХ əsrin birinci rübündə baş vermişdir. Bu İran və Çar Rusiyasının məqsədyönlü şəkildə  xristiyanları Qafqaz ilə sərhəd olan bölgələrə köçürərək öz torpaqlarını gücləndirmək və müsəlman xalqını qarışdırmaq siyasəti idi. Bununla əlaqədar olaraq İrandan köçürülən ermənilərin sayı 40-50 min təşkil edirdi. Rus –türk müharibəsi dövründə və sonra daha 90 min erməni köçürülmüş oldu. 


XVIII əsrdən etibarən Qars və Xəzər dənizi sahillərində imiqrantların hərəkətliliyi Qafqazdakı vəziyyəti daha da çətinləşdirdi. 1801-ci il sentyabrın 12-də bütün Şərqi Gürcüstan Rusiyaya qoşulmuş oldu. Bundan sonrakı siyasi plan Azərbaycanın ələ keçirilməsi idi.  


1804-cü  ilin may ayında İran Cənubi Qafqazdan rus qoşunlarının çıxarılmasını tələb etdi. Rusiya bu tələbi rədd etdi. İki ölkə arasındakı diplomatik əlaqələr 16 iyun tarixində sona çatdı və müharibə başladı.


Rusiya və Türkiyə arasında 1806-cı ildə baş verən müharibə nəticəsində Rusiya İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla Talış xanlığını birləşdirməyə nail oldu. Bununla da Rusiya Şimali Azərbaycanın işğalını başa çatdırdı. 1812-ci ildə isə Türkiyə ilə Buxarest sülh müqaviləsi imzalandı.


Hərbi əməliyyatlarda baş verən uğursuzluq, Rusiya sərhədlərində Napaleonun məhv edilməsi və rus qoşunlarının Avropa savaşına başlaması səbəbi ilə beynəlxalq arenadakı dəyişikliklər İranla sülh müqaviləsinin imzalanmasını sürətləndirdi. Danışıqlar 1813-cü ildə Gülüstan sülh müqaviləsi ilə başa çatdı.


1826-1828-ci illərdə Rusiya-İran müharibəsində Rusiyanın qələbəsindən sonra, Rusiya və İran arasında 10 fevral 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandı. Bu müqavilə Azərbaycanın şimal və cənub  olmaqla iki hissəyə bölünməsinə gətirib çıxardı. Şimal hissə Rusiyaya, cənub hissə isə İrana keçdi. Bundan sonra Azərbaycan torpaqlarına, xüsusilə Naxçıvan, Qarabağ, İrəvan xanlığına, həmçinin Bakı və Gəncə şəhərlərinə  Türkiyədən və İrandan 120 minə yaxın erməni köçürüldü. Beləliklə Türkmənçay sülh müqaviləsi nəticəsində ermənilərin Azərbaycana köçürülməsi prosesi başlamış oldu. [1, 319]


Qeyd edək ki, həm Şimali, həm də Cənubi Qafqazda ermənilərin mövcudluğu istənilməyən dəyişikliklərə səbəb oldu. Şimali Qafqazda yerli əhalidən sonra burada yaşayan xalqlar arasında əhəmiyyətli yeri tutan ruslar müsəlmanlar ilə sülh şəraitində yaşaya bilsələr də, bir etnik qrup şəkilində yaşayan ermənilər isə öz iddiaları ilə yerli xalqda qəzəb doğurmaqdadırlar. Özgə torpaqlara sürətlə uyğunlaşmağı bacaran ermənilər tez bir zamanda Şimali Qafqazın ən yaxşı torpaqlarında da məskunlaşa bildilər. [4, 516]  Onların məskunlaşdıqları Adıgey və Çərkəz respublikaları Şimali Qafqazın ən faydalı torpaqlarındandır.


Adıgey respublikası tarixi, mədəniyyəti və mədəni abidələri ilə seçilir. Burada ərazinin üçdə birindən çoxunu meşələr təşkil edir. Buna əsasən, respublikada böyük tikinti materialı ehtiyatları mövcuddur. [2, 134]


Qaraçay-Çərkəz ərazisində isə 80-dən çox millətin nümayəndəsi yaşayır. Buna XIX-XX əsrlərdə Osmanlı imperiyasının ərazisindən köçmüş ermənilər də daxildir. Onların böyük qismi Şimali Qafqazın Qara dəniz sahillərində, digər bir qismi isə keçmiş Adıgey-Çərkəz bölgəsində məskunlaşıblar. Bununla yanaşı ermənilər Stavropol diyarının Kursk bölgəsində və Krasnodar ərazisində, eləcə də Krım və Abxaziyada yerləşiblər.


Ən qarışıq etnik vəziyyət Kuban, Stavropol, Rostov bölgələrində müşahidə olunur. Qeyd edək ki, ermənilər hər zaman Kuban bölgəsini öz tarixi torpaqları kimi görüblər. Buna görə də onlar 1905-ci ildən sonra Krasnodar bölgəsində muxtariyyət axtarmağa başlayıblar. Həmçinin Krasnodar bölgəsi iki əhəmiyyətli liman olan Novorossiysk və Soçi ilə Qara dəniz sahilinə uzandığı üçün ermənilər dənizə açılmaqdan ibarət olan planlarına bir növ yaxınlaşmış olurlar.


Bu gün Kuban bölgəsinin şəhərlərində ermənilər müxtəlif  biznes strukturlarını da idarə edirlər. İdman sahəsində bölgənin ən böyük iki futbol klubu olan "Kuban" və "Krasnodar" da ermənilər tərəfindən idarə olunur. [5]


Bununla yanaşı ermənilər Soçi, Kislovodsk, Esentuki, Jeleznovodsk, Krasnodar, Stavropol, Armavir, Rostov, Novoçerkassk, Həştərxan və s. kimi kurort şəhərlərinə də yayılıblar.


 Onu da qeyd edək ki, hal-hazırda Stavropol diyarında erməni icmasının milli seqmenti olaraq kilsələr ekstremist təbliğat aparmaqdadırlar. Ermənilər həmçinin Dərbənd və Kizlər ərazilərində də aktiv fəaliyyət göstərirlər. Demək olar ki, elə ilk erməni icması da məhz bu ərazilərdə qurulub.


Adı çəkilən bölgələrdə tarixən mövcud olduqlarını sübut etmək üçün ermənilər daima müxtəlif iddialar irəli sürürlər. Erməni mənbələri belə qələmə verirlər ki, onlar əvvəl Kırım yarımadasına yayılıblar və daha sonra Türkiyə, İran kimi müxtəlif bölgələrdə yerləşiblər. Görünür İran və Kırım yarımadası artıq o zamanlardan  ermənilərin təkəbbürlü planlarının bir hissəsi olub.


Qeyd edək ki, Qafqaz  xalqları arasında ermənilərin sayının artmasına bir növ  köçürülmə prosesi səbəb oldu. Bu proses nəticəsində onların siyasi müstəqilliyə dair iddiaları da yaranmağa başladı. Bu da ermənilərə yerli hökumət orqanları nümayəndəliklərində öz namizədliklərini irəli sürmək üçün də imkan yaratmış oldu. Ümumilikdə, XIX-XX əsrdə əsasən (1890-1920-ci illər ərzində) Şimali Qafqazda  ermənilərin sayında 2,3 dəfə artım müşahidə olunmuşdur. Əlbəttə ki, onların bu şəkildə Şimali Qafqaz regionuna nüfuz etməsi yerli xalqda da narahatlıq doğurmaqdadır.


Bu gün ermənilər Rusiya Federasiyasının ən çox qarışıq etnik tərkibə malik olan bölgəsi Dağıstanda da yaşayırlar. Qeyd edək ki, Dağıstanda 100-dən çox etnik qrup yaşayır. Yalnız 30-u yerli xalqdır. Noqaylar, tabasaranlılar, avarlar, dargilər, lezgilər, ağullar, kumuklar, tatlar, ruslar və s. Dağıstanda yaşayan Azərbaycanlılar da bu bölgənin qədim xalqlarındandır. Respublikanın belə qarışıq tərkibə malik olması isə bölgədə yaşayan xalqların dil, din, geyim baxımından da fərqliliklərini ortaya çıxarmış olur.


2017-ci ilə nəzər salsaq, həmin il ərzində Dağıstanda 531 terror xarakterli hadisə qeydə alınmışdır. Onlardan 373-ü qeyri-qanuni silahlı birləşmələr idi. Bu haqda Dağıstan daxili işlər naziri Abdulrəşid Maqomedov Dağıstan parlamenti sessiyasında məlumat vermişdi. O, qeyd edirdi ki, 2017-ci il ərzində 40 quldur ləğv edildi. 312 döyüşçü və tərəfdaşları nəzarətə alındı. 19 nəfər isə könüllü şəkildə təslim oldu. Həmçinin Dağıstan güc strukturu əməkdaşları respublikada 6 terror - diversiya qrupunu məhv etdi.


Təqdim olunmuş mənzərə müxtəlif tarixlərdə ermənilərin sözügedən yaşayış məntəqələrinə köçürülməsi və onların bu torpaqlar üzərində artan iddialarını ifadə edir. Qeyd edək ki, onların bu iddiaları yaşadıqları Şimali Qafqaz respublikaları və diyarları üçün də təhlükə doğurmaqdadır.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Rəssam Hitler - Fürerin çəkdiyi PORTRET   
16.12.2018, 15:11

Rəssam Hitler - Fürerin çəkdiyi PORTRET  

Müşfiq Ələsgərlinin oğurlanmış velosipedi tapıldı - FOTO   
16.12.2018, 15:08

Müşfiq Ələsgərlinin oğurlanmış velosipedi tapıldı - FOTO  

Türkiyədə şəkər komasına düşmüş azərbaycanlının öldürüldüyü məlum olub
16.12.2018, 15:00

Türkiyədə şəkər komasına düşmüş azərbaycanlının öldürüldüyü məlum olub

İsveçrədə avtobus qəzası: 1 ölü, 40 yaralı
16.12.2018, 14:07

İsveçrədə avtobus qəzası: 1 ölü, 40 yaralı

Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub
16.12.2018, 13:16

Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub

Sabahın HAVASI: Qar yağacaq
16.12.2018, 12:58

Sabahın HAVASI: Qar yağacaq

Gürcüstanın yeni prezidenti bu gün and içəcək
16.12.2018, 12:35

Gürcüstanın yeni prezidenti bu gün and içəcək

Ramil Usubov rəisi sərəncama göndərdi
16.12.2018, 12:13

Ramil Usubov rəisi sərəncama göndərdi

Azərbaycanlı kişilər evlənəndə ən çox rus və ukraynalı qızlara üstünlük verirlər
16.12.2018, 12:03

Azərbaycanlı kişilər evlənəndə ən çox rus və ukraynalı qızlara üstünlük verirlər

Qəhrəmanı dəlidən?...   
16.12.2018, 11:56

Qəhrəmanı dəlidən?...  

Oğul anasını küçənin ortasında bıçaqlayıb -  BƏRDƏDƏ - FOTOLAR
16.12.2018, 11:55

Oğul anasını küçənin ortasında bıçaqlayıb -  BƏRDƏDƏ - FOTOLAR

Sehirli barmaqların ABŞ möcüzəsi   
16.12.2018, 11:41

Sehirli barmaqların ABŞ möcüzəsi  

Çində 5,7 bal gücündə zəlzələ
16.12.2018, 11:30

Çində 5,7 bal gücündə zəlzələ

İndoneziyada vulkan püskürdü
16.12.2018, 11:05

İndoneziyada vulkan püskürdü

Avropa İttifaqından Türkiyəyə ÇAĞIRIŞ
16.12.2018, 10:39

Avropa İttifaqından Türkiyəyə ÇAĞIRIŞ

Ermənilər cəbhədə təxribatlara davam edir
16.12.2018, 10:26

Ermənilər cəbhədə təxribatlara davam edir

Bakıda tikinti bumu mənzillərin qiymətini UCUZLAŞDIRACAQ
16.12.2018, 10:12

Bakıda tikinti bumu mənzillərin qiymətini UCUZLAŞDIRACAQ

Cəlilabadda evdə yanğın
16.12.2018, 10:10

Cəlilabadda evdə yanğın

Bizimkilər - “Discovery Azerbaijan”ın xanım redaktoru: “Ən böyük arzum ANS-çi olmaq idi” - FOTOLAR
16.12.2018, 09:56

Bizimkilər - “Discovery Azerbaijan”ın xanım redaktoru: “Ən böyük arzum ANS-çi olmaq idi” - FOTOLAR

Salyanda qəzada 1 nəfər öldü
16.12.2018, 09:25

Salyanda qəzada 1 nəfər öldü

Şabranda 4 otaqlı evdə yanğın oldu
16.12.2018, 09:09

Şabranda 4 otaqlı evdə yanğın oldu

Çaylarda suyun səviyyəsi ARTDI
16.12.2018, 09:01

Çaylarda suyun səviyyəsi ARTDI

Baş nazir Qüdsü İsrailin paytaxtı kimi tanıyır ...
16.12.2018, 00:51

Baş nazir Qüdsü İsrailin paytaxtı kimi tanıyır ...

Yaponiyadan rekord büdcə: 891 milyard dollar
16.12.2018, 00:38

Yaponiyadan rekord büdcə: 891 milyard dollar

Sabiq nazir Lukaşenkonun Qarabağla bağlı açıqlamalarını şərh etdi - VİDEO
16.12.2018, 00:18

Sabiq nazir Lukaşenkonun Qarabağla bağlı açıqlamalarını şərh etdi - VİDEO

Fəhlə qum dolu maşının altında qaldı
15.12.2018, 23:53

Fəhlə qum dolu maşının altında qaldı

Daxili işlər naziri istefa verdi
15.12.2018, 23:44

Daxili işlər naziri istefa verdi

Türkiyə daha 13 terrorçunu məhv etdi
15.12.2018, 23:21

Türkiyə daha 13 terrorçunu məhv etdi

“Paşinyan zəng vurdu, dedim ki, heç vaxt səni...” - Lukaşenko
15.12.2018, 23:09

“Paşinyan zəng vurdu, dedim ki, heç vaxt səni...” - Lukaşenko

Daha bir məşhur üçün "Maşın" əldən getdi
15.12.2018, 22:46

Daha bir məşhur üçün "Maşın" əldən getdi

“Türkiyə bu məsələnin üstündən keçməyəcək” - Mövlud Çavuşoğlu
15.12.2018, 22:34

“Türkiyə bu məsələnin üstündən keçməyəcək” - Mövlud Çavuşoğlu

“Neftçi” “Sumqayıt”a uduzdu
15.12.2018, 22:14

“Neftçi” “Sumqayıt”a uduzdu

“Beşiktaş” Pepe ilə yollarını ayırdı
15.12.2018, 21:56

“Beşiktaş” Pepe ilə yollarını ayırdı

“Ruhani diplomatiyası” - Allahşükür Paşazadənin Vazgen və Qareginlə danışıqlarının SSRİ-dən başlanan TARİXİ
15.12.2018, 21:48

“Ruhani diplomatiyası” - Allahşükür Paşazadənin Vazgen və Qareginlə danışıqlarının SSRİ-dən başlanan TARİXİ

Fransada qarşıdurma: Daha 107 etirazçı saxlanıldı
15.12.2018, 21:37

Fransada qarşıdurma: Daha 107 etirazçı saxlanıldı

Qarabağda iki erməni əsgəri ağır yaralandı
15.12.2018, 21:27

Qarabağda iki erməni əsgəri ağır yaralandı

Tanımış prodüser-rejissor Minarə Əskərova yenidən beyin əməlliyatı olunmalıdır
15.12.2018, 21:13

Tanımış prodüser-rejissor Minarə Əskərova yenidən beyin əməlliyatı olunmalıdır

Başına 1,5 milyon mükafat qoyulan terrorçu saxlanıldı
15.12.2018, 20:57

Başına 1,5 milyon mükafat qoyulan terrorçu saxlanıldı

Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda - FOTOLAR
15.12.2018, 20:39

Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda - FOTOLAR

Ukraynada təyyarə qəzası
15.12.2018, 20:26

Ukraynada təyyarə qəzası

Dünyanın ən etibarlı avtomobillərinin adı açıqlandı
15.12.2018, 20:15

Dünyanın ən etibarlı avtomobillərinin adı açıqlandı

Mübarizə qarşı çıxan nadan və cahillər - Millət vəkili
15.12.2018, 20:02

Mübarizə qarşı çıxan nadan və cahillər - Millət vəkili

Heydər Əliyev Fondu internat uşaqları üçün əyləncə təşkil edib
15.12.2018, 18:56

Heydər Əliyev Fondu internat uşaqları üçün əyləncə təşkil edib

Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi” kitabı çap olundu   
15.12.2018, 18:39

Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi” kitabı çap olundu  

Tramp ABŞ-ı 1,9 trilyon ziyana salıb
15.12.2018, 18:00

Tramp ABŞ-ı 1,9 trilyon ziyana salıb

11 yaşlı Tramp soyadından imtina etmək istəyir
15.12.2018, 17:56

11 yaşlı Tramp soyadından imtina etmək istəyir

İran qonşu ölkələrlə idxal rüsumlarını ləğv edə bilər
15.12.2018, 17:49

İran qonşu ölkələrlə idxal rüsumlarını ləğv edə bilər

Oqtay Əsədov Salome Zurabişvilinin inauqurasiyasında iştirak edəcək
15.12.2018, 17:34

Oqtay Əsədov Salome Zurabişvilinin inauqurasiyasında iştirak edəcək

Gürcüstanda 65 yaşlı azərbaycanlı qadın başı kəsilərək qətlə yetirilib
15.12.2018, 17:17

Gürcüstanda 65 yaşlı azərbaycanlı qadın başı kəsilərək qətlə yetirilib

Rusiya Aralıq dənizi hövzəsini təyyarələr və gəmilər üçün bağladı
15.12.2018, 17:05

Rusiya Aralıq dənizi hövzəsini təyyarələr və gəmilər üçün bağladı

ARXİV