Modern.az

Meksikada seçki DƏHŞƏTİ...

Meksikada seçki DƏHŞƏTİ...

Dünya

4 İyul 2018, 15:00

Meksikada iyulun 1-də keçirilmiş seçkilər ərəfəsində siyasətçilərə qarşı 627 zorakılıq faktının qeydə alındığı bildirilir.

 

Modern.az “EFE” agentliyinə istinadən xəbər verir ki, seçkilərdə təbliğat prosesləri zamanı ölkədə azı 145 siyasətçi öldürülüb.

 

“Ettellekt” analitik şirkətinin seçkilərdə zorakılıq hadisələri barədə hazırladığı hesabatda daha 307 təhlükəsizlik əməkdaşının həyatlarını itirdikləri qeyd edilib.

 

Hesabata əsasən, seçki kampaniyası zamanı vəzifələrə seçilmiş 48 namizəd Meksikada şiddət qurbanı olub.

Təhlükəsizlik agentləri əsasən siyasətçilərə qarşı silahlı qruplaşmalar tərəfindən hücumları dəf edərkən atışmalarda öldürülüb.

Bəzi siyasətçilərin cəsədləri isə ümumiyyətlə üzərilərində işgəncə izləri ilə aşkarlanıb.

Şirkətin əvvəlki hesabatlarında bütün bu cinayətlərin mütəşəkkil cinayətkar qruplaşmalar tərəfindən həyata keçirildiyi bildirilir.

Şahidlərin ifadələrinə görə, canilərin bir hissəsi silahlı dəstələrin üzvləri tərəfindən təşkil edilib.

 

Bütün bu faktlar seçkilərə bir gün qalmış iyunun 30-na kimi qeydə alınmış hadisələrdir.

 

Qeyd edək ki, iyulun 1-də Meksikada vətəndaşlar prezidenti, 128 senatoru və aşağı palatanın 500 deputatını seçiblər. Seçkilərdə “Birlikdə tarix yazaq” koalisiyasının rəhbəri Andres Manuel Lopes Obrador ölkə prezidenti seçilib. Dekabrın birində onun and içmə mərasimi olacaq və o, 2024-cü ilə kimi ölkəyə rəhbərlik edəcək.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü