Modern.az

Elmar Vəliyevi əməliyyat edən həkimin köməkçisi: “Xəstənin halı tam yaxşı olmayana qədər...”  

Elmar Vəliyevi əməliyyat edən həkimin köməkçisi: “Xəstənin halı tam yaxşı olmayana qədər...”   

6 İyul 2018, 16:20

Xəbər verdiyimiz kimi, Türkiyədəki Bahçeşehir Universitetinin tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıç iyulun 4-də Gəncəyə dəvət edilib.

Türkiyəli cərrah Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsnin sədri Kərəm Həsənov tərəfindən dəvət edilib və xüsusi təyyarə ilə Gəncəyə gətirilib. Türkiyəli həkim  elə həmin gün Gəncə şəhər İcra Hakimiyyətinin güllələnmiş başçısı Elmar Vəliyevi əməliyyat edib.

Modern.az saytının əməkdaşı Elmar Vəliyevi əməliyyat edən məşhur beyin cərrahı, professor Türker Kılıçın köməkçisi ilə əlaqə saxlayıb.

Türker Kılıçın köməkçisi Gəncənin icra başçısı Elmar Vəliyevin səhətti ilə bağlı məlumat vermək istəmədiyini bildirib.

Köməkçi Türker Kılıçın xəstənin halı tam yaxşı olmayana qədər danışmayacağını vurğulayıb.

“Türker Kılıç hazırda İngiltərədədir. Elmar Vəliyevin səhhəti ilə bağlı əlavə məlumatım yoxdur. Sadəcə, həkim bildirib ki, xəstə yaxşı olmadan danışmayacaq”.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir