Modern.az

Prezident dəhşətli qatar qəzasından danışdı

Prezident dəhşətli qatar qəzasından danışdı

Dünya

9 İyul 2018, 00:13

“Təkirdağın Çorlu mahalında baş verən qatar qəzası hamımızı dərin kədərə qərq edib. Qəzadan sonra bütün birliklər səfərbər olunub”. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çorludakı qatar qəzası ilə bağlı yaydığı başsağlığı mesajında bildirib.

Prezident bildirib ki, hazırda bütün dövlət qurumları bu işə səfərbər edilib: “Qatarın relsdən çıxmasından sonra baş vermiş qəzanın detalları araşdırılır. Hadisə zamanı həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm"..

 

Qeyd edək ki, qəza nəticəsində 10 sərnişin ölüb, 73-ü yaralanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü