Modern.az

“Qəbələ” doğma meydanda məğlub oldu - YENİLƏNİB  

“Qəbələ” doğma meydanda məğlub oldu - YENİLƏNİB   

12 İyul 2018, 21:54

“Qəbələ” “Proqres” oyunu yekunlaşıb. “Qəbələ”  doğma meydanda “Proqres”ə 2:0 hesabı ilə məğlub olub.

 

21:23

 

“Qəbələ” “Proqres” oyununda daha bir qol vurulub. Oyunun 61-ci dəqiqəsində “Qəbələ”nin qapısına penalti təyin edilib və rəqib daha bir qol vurub. Hazırda “Qəbələ” “Proqres”ə 2:0 hesabı ilə məğlub olur.

21:08

 

“Qəbələ” “Proqres” oyununda hesab açıldı. Oyunun 51-ci dəqiqəsində “Qəbələ”nin cərimə meydançasında yaranan qarışıqlıqdan istifadə edən  Mayron de Almeyda “Proqres”i hesabda önə çıxarıb.

 

20:32

 

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları keçirilir. Modern.az xəbər verir ki, Premyer Liqamızın gümüş mükafatçısı “Qəbələ” öz meydanında Lüksemburqun “Proqres” klubunu qəbul edir.

Komandalar meydana bu heyətlə çıxıb:

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 10. Rauf Əliyev, 11. Asif Məmmədov, 17. Ceyms Adeniyi, 18. İlqar Qurbanov, 27. Bəhlul Mustafazadə, 28. Stiven Josef-Monroz, 34. Ürfan Abbasov, 88. Sabien Lilay

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 21. Lalavele Atakora, 32. Amin Seydiyev, 33. Təmkin Xəlilzadə

Baş məşqçi: Sənan Qurbanov

“Proqres”: 1. Sebastyan Floss, 7. Mayron de Almeyda, 9. Yannik Bastos, 10. Olivye Till, 14. Emmanuel Fransuaz, 19. Mario Mutş, 20. Jordan Qobron, 22. Marven Martens, 23. Adrian Ferino, 31. Sebastyan Till (k), 34. Tim Hall

Ehtiyat oyunçular: 13. Charly Schinker, 5. Ben Vogel, 8. Dino Ramdedovic, 17. David Marques, Soares, 21. Kevin Kerger. 28. Romeu Torres, 70. Yann Matias Marques

Baş məşqçi: Paolo Amodio

Hələlik oyunda qol vurulmayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü