Modern.az

Tramp Putinlə yenə görüşmək istəyir

Tramp Putinlə yenə görüşmək istəyir

Dünya

20 İyul 2018, 15:35

ABŞ prezidenti Doanld Tramp Rusiya prezidenti Vladimir Putinlə yeni görüşün planlaşdırıldığını bildirib.

 

Modern.az ABŞ prezidentinin “Twitter” hesabına istinadən xəbər verir ki, Tramp Rusiya prezidenti Vladimir Putinlə yenidən görüşməyi səbirsizliklə gözlədiyini bildirib.

“Rusiya ilə yüksək səviyyədə keçirilən görüş böyük müvəffəqiyyət idi. Ən azından yalançı mətbuat üzərində. Mən terrorizmin sonlandırılması, İsrailin təhlükəsizliyi, nüvə problemi və sair danışdığımız bəzi məsələləri reallaşdırmağımız üçün bizim ikinci görüşümüzü səbirsizliklə gözləyirəm” – ABŞ prezidenti yazıb.

 

CNBC kanalına müsahibəsi zamanı da bu məsələyə toxunun Tramp yeni görüş üçün hazırlıqların aparıldığını bəyan edib.

“Bəli, bu sahədə işlər gedir” – o, şərh verib.

 

Kanala müsahibəsi zamanı müzakirə olunan məsələlərdən danışan ABŞ lideri Putinlə birgə “bütün dünya üçün böyük işlər görə biləcəklərini” ifadə edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl Rusiya prezidenti Vladimir Putinlə münasibətlərin yaxşılaşdırılmasının pozitiv bir addım olacağını qeyd edib. Həmçinin Tramp bunun alınmayacağı təqdirdə Putinin ən qatı düşməni olacağını da vurğulayıb.

 

Əvəz ZEYNALOV

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü