Modern.az

İçkili sərnişinlərin avtobusa girişinə qadağa qoyulub

İçkili sərnişinlərin avtobusa girişinə qadağa qoyulub

Aktual

20 İyul 2018, 16:20

"BakuBus"ın istifadəsində olan avtobuslara ev heyvanlarının və içkili sərnişinlərin girişinə qadağa qoyulub.

Modern.az xəbər verir ki, bu barədə “BakuBus"MMC-nin direktor müavini Azər Qasımov bildirib.

 

O qeyd edib ki, qəfəs olmadan ev heyvanlarının avtobuslara girişi qadağandır:

 

"Bu Nazirlər Kabinetinin əsasnaməsində də öz əksini tapıb. Biz sürücülərimizə tapşırmışıq ki, qanunlara uyğun olaraq sərxoş halda olan sərnişinləri avtobusa götürməsinlər. Çünki vəziyyətlə əlaqədar onlar müəyyən narahatlıq yaradır ki, bu da avtobuslararası intervala təsir edir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü