Modern.az

Beynəlxalq Könüllülər Günü qeyd olunur

Beynəlxalq Könüllülər Günü qeyd olunur

Qarabağ

4 Dekabr 2009, 13:30

Gənclər üçün Təhsil Mərkəzi bu gündən etibarən 5 dekabr Beynəlxalq Könüllülər Günü ilə bağlı bir neçə rayonda gənclərin iştirakı ilə könüllü fəaliyyətlər həyata keçirməyə başlayıb. Mərkəzdən Modern.az-a verilən məlumata görə,

Beyləqan və Füzuli rayonlarının kəndlərində bu gün və sabah keçiriləcək könüllü fəaliyyətlərin əsas məqsədi region gənclərində könüllülük işlərinə həvəs oyatmaq, onları bu tip fəaliyyətlərə stimullaşdırmaq və Beynəlxalq Könüllülər Gününü qeyd etməkdir.

  İki gün ərzində keçiriləcək və 300-ə yaxın gəncin iştirak edəcəyi könüllü fəaliyyətlərə kəndlərdə və kənd məktəblərinin ətraflarında ekoloji təmizlik işlərinin apraılması, yaşlı insanlara məişət işlərində kömək və s. aiddir. 

Bu gün hər iki rayonda qeyd edilən tədbirlərdə iştirak edəcək gənclərə könüllü fəaliyyətlə bağlı seminar keçirilib və beynəlxalq təcrübəyə həsr olunmuş filmlər nümayiş etdirilib.

Qeyd edək ki, BMT Baş Assambleyası 1985-ci ildə hökumətlərə hər il iqtisadi və inkişaf naminə 5 dekabr tarixini Beynəlxalq Könüllülər Günü kimi qeyd etməyi təklif edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü