Modern.az

Putin Trampı Moskvaya dəvət etdi

Putin Trampı Moskvaya dəvət etdi

27 İyul 2018, 17:58

Rusiya prezidenti Vladimir Putin həmkarı Donald Trampı paytaxt Moskvaya dəvət edib.

 

Modern.az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, Putin eyni zamanda Vaşinqtona da getməyə hazır olduğunu bildirib.

Rusiya prezidenti bu barədə Cənubi Afrika respublikasında keçirilən BRICS sammitinin nəticələri haqda mətbuat konfransında bildirib.

 

O, Trampla yenidən görüşməyə hazır olduğunu qeyd edib lakin bunun üçün şərtlər lazım olduğunu ifadə edib.

“Amma bunun üçün lazımi şəraitin olması gərəkdir. Eyni zamanda bizim ölkədə də biz bu cür görüşlərə hazırıq. Biz Prezident Trampı Moskvaya dəvət etməyə hazırıq. Yeri gəlmişkən mən ona bu barədə demişəm” – Putin bəyan edib.

 

Rusiya prezidenti həmçinin Vaşinqtona da getməyə hazır olduğunu bildirib. Lakin yenə də bunun üçün lazımi şəraitə diqqət çəkib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Tramp 16 iyul 2018-ci ildə Finlandiya paytaxtı Helsinkidə görüşüblər. Görüş bağlı qapılar arxasında yalnız tərcüməçilərin müşayəti ilə keçirilib və təfərrüatlar açıqlanmır. Tramp görüşün yaxşı keçdiyini və gələcəkdə yenə görüşmək lazım olduğunu bildirib. Lakin sonra ABŞ prezidenti növbəti görüşün 2019-cu ilə planlaşdırıldığını qeyd edib.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü