Modern.az

Ermənistan Putinin hərbi blokunun Baş katibini dəyişmək istəyir

Ermənistan Putinin hərbi blokunun Baş katibini dəyişmək istəyir

Dünya

28 İyul 2018, 15:09

Ermənistan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) baş katibin dəyişilməsi üçün müraciət edib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, buna səbəb KTMT-nin hazırki baş katibi Yuri Xaçaturovun Ermənistanda konstitusiya nizamını devirmək maddəsi ilə ittiham edilməsidir.

 

Ermənistanın Xarici işlər nazirinun mətbuat katibi Tiqran Balayan bu barədə öz Twitter hesabında yazıb.

“Bu sırf hüquqi müstəvidə şübhəlisi Ermənistan vətəndaşı olan daxili hüquq məsələsidir. Həmçinin nəzərə almaq lazımdır ki, bu şəxs hazırda KTMT-nin baş katibi vəzifəsindədir. Təşkilatın nüfuzunu və fasiləsiz fəaliyyət göstərməsinə əhəmiyyət verərək Ermənistan KTMT-nin digər ortaqlarını baş katibi dəyişmək prosesinə başlamağı təklif edib” – Balayan jurnalistlərə bildirib.

 

Onun sözlərinə görə Təşkilatın möhkəmləndirilməsinə sadiqdirlər və Ermənistan bu sahədəki bütün fəaliyyətlərdə aktiv iştirakını təmin edəcək.

 

Xatırladaq ki, dünən Ermənistanda Rusiyanın nüfuzu ilə qurulmuş və bu ölkənin də daxil olduğu KTMT-nin baş katibi Yuri Xaçaturov haqda həbs qəti imkan tədbiri seçilib. O. 2008-ci ilin martın 1-dəki hadisələrdə iştirakı ilə ölkədə konstitusiya nizamını devirmək maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, bu işlə əlaqədar Ermənistanın ikinci prezidenti Robert Koçaryan həbs edilib.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü