Modern.az

Azərbaycanda 500 şəhərlərarası avtobus marşrutu işləyir  

Azərbaycanda 500 şəhərlərarası avtobus marşrutu işləyir   

30 İyul 2018, 15:07

Azərbaycanda təxminən 500 şəhərlərarası avtobus marşrutu mövcuddur. Bunu Modern.az-a Dövlət Avtomobil Nəzarəti Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova bildirib.

O qeyd edib ki, həmin marşrutlar üzrə 2718 avtobus istismar olunur:

“Şəhərlərarası sərnişin daşımaları sahəsində 1442 sahibkar fəaliyyət göstərir. Onlardan 1382-si fiziki şəxs 60-ı isə hüquqi şəxsdir. Fiziki şəxslərin istifadəsində 1935, hüquqi şəxslərdə isə 783 avtobus mövcuddur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü