Modern.az

Türkiyə daha 10 terrorçunu məhv etdi

Türkiyə daha 10 terrorçunu məhv etdi

Dünya

30 İyul 2018, 21:28

Türkiyənin Silahlı Qüvvələri antiterror əməliyyatını davam etdirir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri ölkənin Tunceli vilayətinin Pülümür rayonunda 10 terrorçunu məhv edib. Əraziyə əlavə polis qüvvəsi cəlb olunub.

Məlumata görə, yerli sakinlər bir qrup silahlının terror hazırlığı görməsi barədə polisi məlumatlandırıb. Keçirilən antiterror əməliyyatına havadan dəstək verilib.

Bölgədə antiterror əməliyyatı davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü