Modern.az

İŞİD turistlərə hücuma görə məsuliyyəti üzərinə götürdü - VİDEO

İŞİD turistlərə hücuma görə məsuliyyəti üzərinə götürdü - VİDEO

30 İyul 2018, 23:50

İŞİD terror qruplaşması Tacikistanda 4 nəfərin ölümü ilə nəticələnən hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Modern.az “RİA  Novosti”yə istinadən xəbər verir ki, iyulun 29-da Hatlon vilayətində avtomobil qəsdən 4 velosipedçini vuraraq öldürüb. Onlardan 2-si ABŞ, 1-i İsveçrə, daha 1-i isə Niderland vətəndaşı olub. Daha 3 əcnəbi xəsarət alıb.

 

Bu gün turistlərə  hücumda iştirak edən 3 nəfər polisə silahlı müqavimət göstərərkən məhv edilib. Həmçinin, hadisə ilə əlaqədar daha bir neçə nəfər saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü