Modern.az

Türkiyə nümayəndə heyəti Vaşinqtonda görüşlərini davam etdirir

Türkiyə nümayəndə heyəti Vaşinqtonda görüşlərini davam etdirir

Dünya

9 Avqust 2018, 00:49

Türkiyədən ABŞ-a gedən nümayəndə heyəti bu gün də Vaşinqtonda görüşlərini davam etdirib. ABŞ Dövlət katibinin müavini Con Salivanla görüşəcək. Modern.az xəbər verir ki, Sədat Önalın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ Dövlət katibinin müavini Con Salivan tərəfindən qəbul edilib.

 

ABŞ Dövlət Katibliyinin sözçüsü Hizer Noyert bildirib ki, türkiyəli rəsmilərlə əlavə görüşlər keçiriləcək.

 

Qeyd edək ki, Türkiyədən ABŞ-a ədliyyə, maliyyə və xarici işlər nazirliklərindən təşkil olunan nümayəndə heyəti gedib. Heyətə Xarici İşlər nazirinin müavini Sedat Önal rəhbərlik edir. Hələlik qrupun Türkiyəyə nə zaman qayıdacağı bilinmir. Qrupun əsas vəzifəsinin ABŞ-la yaranan gərginliyi ortadan qaldırmaq olduğu vurğulanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü