Modern.az

Nazirlik Zaqatala və Balakəndə daşqınlarla bağlı məlumat yaydı

Nazirlik Zaqatala və Balakəndə daşqınlarla bağlı məlumat yaydı

Aktual

11 Avqust 2018, 16:22

Fövqəladə Hallar Nazirliyi  Zaqatala və Balakəndə daşqınlarla bağlı məlumat yayıb.

 

Nazirlikdən Modern.az-a  verilən məlumata görə, 10-11 avqust 2018-ci il tarixlərində gecə və səhər saatlarında Respublikanın şimal-qərb rayonlarında yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala rayonunun Höytala və Vöhtala kəndləri ərazisində Tala çayında və Balakən rayonunun İkitala kəndi ərazisində Katex çayında suyun səviyyəsi artıb, açıq ərazilər, kəndlərə gedən avtomobil yolları, bəzi həyətyanı sahələr yağış suları ilə dolub.

 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş müraciətlər ilə əlaqədar olaraq subasma ərazisində köməksiz vəziyyətdə qalmış vətəndaşların təhlükəsiz əraziyə köçürülməsi, suçəkmə işlərinin və digər təxirəsalınmaz tədbirlərin görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" helikopteri, Mülki müdafiə qonşunlarının şəxsi heyəti, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvəlləri və texnikası hadisə rayonlarına cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü