Modern.az

Ermənistanda turist qıtlığı yaranıb

Ermənistanda turist qıtlığı yaranıb

Dünya

13 Avqust 2018, 17:25

Ermənistanda bu ilin turist axını ilə bağlı problemlər yaşanıb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu il ölkəyə turistlərin səfəri gözlənildiyindən çox aşağı göstəricilərə malik olub.

 

“Bu ölkədə istirahətin çox baha başa gəlməsi ilə əlaqədardır. Misal üçün Antalya və Misir kimi dənizkənarı kurortlarda kompleks qiymətləri bura ilə müqayisədə yüksək otel və aviabilet qiymətləri səbəbi ilə daha ucuzdur” - Rima Travel agentliyinin rəhbəri Rima Xaçatryan bildirib.

Onun sözlərinə görə ermənilərin böyük əksəriyyəti yenə qiymətlərin ucuzlusuna görə Gürcüstanda istirahət edir.

 

“Niyə Gürcülər yayda Ermənistana gəlmir? Biz bu sualı özümüzə verməliyik” – o, qeyd edib.

O həmçinin yolların acınacaqlı olmasından şikayətlənərək yolçuların öz həyatlarına görə narahat olduqlarını bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü