Modern.az

Pakistandakı seçkilərin Azərbaycanla əlaqələrə təsiri yoxdur – Səfirdən AÇIQLAMA

Pakistandakı seçkilərin Azərbaycanla əlaqələrə təsiri yoxdur – Səfirdən AÇIQLAMA

14 Avqust 2018, 11:34

“Bu gün biz Pakistanın müstəqilliyinin 70-ci ildönümünü qeyd edirik. Bildiyiniz kimi 14 avqust 1947-ci ildə Böyük Britaniyanın Hindistandakı hömkranlığı sona çatıb və Hindistan və Pakistan müstəqilliyini elan edib”. Modern.az xəbər verir ki, bu sözləri Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.  

 

O bildirib ki, avqustun 18-də isə parlament yeni prezident seçəcək. Səfirin sözlərinə görə, Pakistanda keçirilən heç bir seçki Azərbaycanla olan əlaqələrə təsir etmir.

 

“Azərbaycanla Pakistan arasında siyasi, iqtisadi, ticari və hərbi əlaqələr daha da inkişaf edəcək. Bizim Azərbaycanla olduqca strateji əlaqələrimiz var və bu əlaqələri növbəti 2-3 mərhələdə daha növbəti  fazaya keçirəcəyik. Azərbaycan və Pakistan müxtəlif təşkilatlarda, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı(İƏT) çərçivəsində sıx əməkdaşlıq edir. İƏT-in üzvü kimi Azərbaycan Kəşmir Kontakt qrupunun çərçivəsində olduqca önəmli rol oynayır və biz buna görə çox şadıq. Biz bu çərçivədə də əməkdaşlığımızın daha da yaxşı inkişaf edəcəyini düşünürük”.

 

Pakistanla Azərbaycan arasında birbaşa aviareyslərin açılmasından danışan səfir bildrib ki, bu istiqamətdə işlər davam edir:

 

“Ümid edirik ki, danışıqlar uğurla başa çatacaq və gələn il iki ölkə arasında birbaşa aviareyslər həyata keçiriləcək. Əgər 2016-cı ildə Azərbaycana 3800 pakistanlı səfərə gəlmişdisə, ötən il bu rəqəm 17500-ə yüksəlmişdi. Bu il isə mən 25-30 min pakistanlının Azərbaycana səfər edəcəyini proqnozlaşdırıram”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü