19 sentyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - REPORTAJ - Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR
Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR +
14.08.2018, 15:25

Avqustun 14-də builki qəbul imtahanlarında 700 bal toplayan abituriyentlər AzEdu.az Azərbaycan Təhsil Portalının, Modern.az İnformasiya Agentliyinin təşkilatçılığı və Nar Mobile-ın dəstəyi ilə baş tutan tədbirdə ilk dəfə bir araya gəliblər.

 

Tədbirdə millət vəkilləri, Azərbaycan Respublikası Təhsil  Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin nümayəndələri, tanınmış ictimaiyyət nümayəndələri iştirak edib.

 

Modern.az-ın təşəbbüsü ilə hər il keçirilən və artıq ənənə şəklini alan bu cür tədbirlərin məqsədi təhsil qəhrəmanlarının ölkə miqyasında tanıdılması, eyni zamanda, onların  gələcəkdə qəbul imtahanlarında iştirak edəcək digər abituriyentlərə örnək olaraq, aşılamaqdır.

 

“Nar” çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində 2018-ci ildə ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri  qiymətli hədiyyələrlə mükafatlandırıb.

 

İctimaiyyət və media nümayəndələrinin iştirakı ilə keçirilən mükafatlandırma mərasimində Azərbaycanın müxtəlif  bölgələrini təmsil edən və ilin ən uğurlu abituriyenti adını qazanan 29 gəncə “Nar” operatoru adından ən müasir smartfonlar, eləcə də mobil internet və zənglər üçün ödənişsiz balans təqdim edilib.

Tədbirdə iştirak edən qonaqlar abituriyentlərlə yaxından tanış olmaq və onları şəxsən təbrik ediblər. “Nar” operatorunun ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov da, öz növbəsində, gəncləri təbrik edərək onlara gələcək karyeralarında müvəffəqiyyətlər arzulayıb.

İştirakçılardan millət vəkili Mahir Abbaszadə tədbirin əhəmiyyəti barədə söz açıb:

“Bu il 700 bal toplayan gənclərin sayının artması təhsilə olan qayğının, diqqətin çoxluğundan irəli gələn məsələdir. Sizlər təhsilin qəhrəmanlarısınız. Bu uğurlarınızı davam etdirməyi və gələcəkdə də qəhrəman olaraq qalmağı sizə arzu edirəm”.

 

AzEdu.az və Modern.az saytının baş direktoru Elşad Eyvazlı tədbirdə iştirak edən qonaqları salamlayaraq maksimum nəticə göstərən abituriyentləri təbrik edib:

 

“Modern.az  və Nar Mobile-ın təşkilatçılığı ilə keçirilən bu tədbir artıq ənənə halını alıb. Hazırda əvvəlki illərdə 700 bal toplayan gənclər də qonaqlar arasında əyləşiblər. Bəzən elə hallar müşahidə olunur ki, yüksək nəticə göstərən abituriyentin ali məktəbdə kəsri olur. Sizə ali təhsilinizi də uğurla davam etdirməyinizi və gələcəyin ən peşəkar mütəxəsisslərinə çevrilməyinizi arzu edirəm”.

 

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri  Firudin Həmzəyev çıxışı zamanı tədbirin yüksək səviyyədə təşkil olunduğunu üçün təşkilatçılara təşəkkür edib:

“Təhsil Nazirliyinin rəhbərliyi adından bu tədbirin təşkilatçılarına, Modern.az və AzEdu.az saytının rəhbərliyinə, o cümlədən millət vəkillərinə öz təşəkkürümü bildirirəm. 700 bal toplayan gəncləri, valideynləri təbrik edirəm. Digər illərlə müqayisədə 700 bal toplayanların sayı 2 dəfə artıb. Bu təhsilə göstərilən qayğının təzahürüdür”.

 

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzdə artıq ikinci ildir ki, bu tədbirdə iştirak etdiyini vurğulayıb:

 

“Ötən il 15 nəfər 700 bal toplamışdı, bu il isə onların sayı artıb. 700 bal toplayan gənclərin sayının artması bizi sevindirir. Bu hələ başlanğıcdır, sizə qarşıda uzun yol gözləyir. Bu uğuru gələcəkdə də davam etdirmək lazımdır”.

 

Qeyd edək ki, təhsil “Nar” operatorunun KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün onlarda motivasiya yaratmaq mobil operatorun ən ümdə məqsədlərindən biridir. Belə stimullaşdırıcı proqramlardan biri də Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir. Belə ki, mobil operator universitetdə ən müasir avadanlıqlarla təchiz edilmiş “Nar” GSM laboratoriyası yaratmış, semestr ərzində Radiotexnika və rabitə fakültəsinin ən yaxşı nəticə göstərmiş tələbələrini  xüsusi hədiyyələrə layiq görmüşdür.

 

Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar” bu kimi təşəbbüslərlə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə çalışır.   

 

 

 

 

 

 

 

 

 

 


VIDEO
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Latviya ilə gömrük sahəsində əməkdaşlıq müzakirə edildi
19.09.2018, 20:16

Latviya ilə gömrük sahəsində əməkdaşlıq müzakirə edildi

Göyçayda sahibkarlara treninq keçirildi
19.09.2018, 20:02

Göyçayda sahibkarlara treninq keçirildi

Yeni maliyyə böhranı gözlənilir - XƏBƏRDARLIQ
19.09.2018, 19:53

Yeni maliyyə böhranı gözlənilir - XƏBƏRDARLIQ

Tramp ermənilərə görə Azərbaycanı qurban verməz
19.09.2018, 19:48

Tramp ermənilərə görə Azərbaycanı qurban verməz

Avropa “Brexit”ə görə toplanır
19.09.2018, 19:34

Avropa “Brexit”ə görə toplanır

Tramp: "Şimali Koreya ilə münasibətlərimizdə xeyli irəliləyiş var"
19.09.2018, 19:22

Tramp: "Şimali Koreya ilə münasibətlərimizdə xeyli irəliləyiş var"

Elmar Məmmədyarov Çinin xarici işlər naziri ilə görüşüb
19.09.2018, 19:09

Elmar Məmmədyarov Çinin xarici işlər naziri ilə görüşüb

Rusiyada qırıcı təyyarə qəzaya uğradı
19.09.2018, 18:55

Rusiyada qırıcı təyyarə qəzaya uğradı

Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018, 18:46

Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Prezidentin Agentlik sədri təyin etdiyi Sadiq Sadıqov kimdir? - DOSYE   
19.09.2018, 18:28

Prezidentin Agentlik sədri təyin etdiyi Sadiq Sadıqov kimdir? - DOSYE  

İlham Əliyev TANAP layihəsinin baş icraçı direktorunu təltif etdi
19.09.2018, 18:22

İlham Əliyev TANAP layihəsinin baş icraçı direktorunu təltif etdi

Prezident Mixail Şvıdkoyu təltif etdi
19.09.2018, 18:15

Prezident Mixail Şvıdkoyu təltif etdi

Bu şəxslərə prezident təqaüdü veriləcək - SİYAHI
19.09.2018, 18:12

Bu şəxslərə prezident təqaüdü veriləcək - SİYAHI

Tovuz istiqamətində erməni hərbçi məhv edildi
19.09.2018, 18:09

Tovuz istiqamətində erməni hərbçi məhv edildi

Mənzil İnşaatı Dövlət Agentliyinə yeni sədr təyin edildi
19.09.2018, 18:08

Mənzil İnşaatı Dövlət Agentliyinə yeni sədr təyin edildi

Rezidenturanın boş qalan yerlərinə qəbul elan olunur
19.09.2018, 18:03

Rezidenturanın boş qalan yerlərinə qəbul elan olunur

İlham Əliyev neftçiləri təltif etdi - SİYAHI
19.09.2018, 18:01

İlham Əliyev neftçiləri təltif etdi - SİYAHI

Kamal Abdulla tələbələrin suallarını cavablandırdı
19.09.2018, 17:58

Kamal Abdulla tələbələrin suallarını cavablandırdı

Prezident daha bir yol tikintisinə pul ayırdı 
19.09.2018, 17:53

Prezident daha bir yol tikintisinə pul ayırdı 

“Nar” qalibləri mükafatlandırdı
19.09.2018, 17:46

“Nar” qalibləri mükafatlandırdı

Sabiq baş nazir azadlığa buraxıldı
19.09.2018, 17:40

Sabiq baş nazir azadlığa buraxıldı

Tanınmış politoloqun professor əmisi kimdir?   
19.09.2018, 17:37

Tanınmış politoloqun professor əmisi kimdir?  

Xaçmazda göldə 1 nəfər batdı
19.09.2018, 17:35

Xaçmazda göldə 1 nəfər batdı

Manatın sabahkı MƏZƏNNƏSİ
19.09.2018, 17:25

Manatın sabahkı MƏZƏNNƏSİ

Türkiyəli nazir 45 gündə məhv edilən terrorçularını sayını açıqladı
19.09.2018, 17:08

Türkiyəli nazir 45 gündə məhv edilən terrorçularını sayını açıqladı

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılır  
19.09.2018, 17:02

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılır  

Hacıqabul sakinindən tüfəng və patronlar götürülüb
19.09.2018, 16:56

Hacıqabul sakinindən tüfəng və patronlar götürülüb

Bakıda vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilən şəxslər azadlığa buraxıldı
19.09.2018, 16:50

Bakıda vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilən şəxslər azadlığa buraxıldı

Sabah bu ünvanlarda qan verə bilərsiz - SİYAHI
19.09.2018, 16:44

Sabah bu ünvanlarda qan verə bilərsiz - SİYAHI

Keçmiş baş nazir büdcədən pul oğurladığı üçün saxlanıldı
19.09.2018, 16:36

Keçmiş baş nazir büdcədən pul oğurladığı üçün saxlanıldı

Komitə sədri şikayətləri dinlədi
19.09.2018, 16:20

Komitə sədri şikayətləri dinlədi

Yol polisindən sürücülərə Aşura günü ilə bağlı müraciət   
19.09.2018, 16:12

Yol polisindən sürücülərə Aşura günü ilə bağlı müraciət  

Azadlığa buraxılan məhkumun sevincdən ürəyi getdi
19.09.2018, 16:05

Azadlığa buraxılan məhkumun sevincdən ürəyi getdi

Zakir Həsənov hərbi texnikanın döyüş qabiliyyətini yoxladı - FOTOLAR
19.09.2018, 15:58

Zakir Həsənov hərbi texnikanın döyüş qabiliyyətini yoxladı - FOTOLAR

Paytaxt sürücülərinə XƏBƏRDARLIQ
19.09.2018, 15:52

Paytaxt sürücülərinə XƏBƏRDARLIQ

ARXİV