Modern.az

Azərbaycan Gürcüstana bir ildə 465 milyon dollar investisiya yatırıb

Azərbaycan Gürcüstana bir ildə 465 milyon dollar investisiya yatırıb

Aktual

16 Avqust 2018, 00:57

Ötən il Gürcüstan iqtisadiyyatına 1 milyard 888,8 milyon dollar xarici investisiya yatırılıb, bu da 2016-cı illə müqayisədə 20,6 faiz çoxdur. Modern.az Azərtac-a istinadən xəbər verir ki, Gürcüstan iqtisadiyyatına yatırılmış xarici investisiyaların 465 milyon dolları və ya ümumi investisiyaların 24,6 faizi Azərbaycanın payına düşüb.

 

Azərbaycan bu göstərici ilə Gürcüstan iqtisadiyyatına investisiya qoyan xarici ölkələr sırasında birinci yerdədir.

 

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, bu ölkənin iqtisadiyyatına ikinci ən çox investisiya yatıran ölkə Niderland (356,7 mln. dolar), üçüncü yerdə isə 286,3 milyon dollarla Türkiyədir.

 

Gürcüstan iqtisadiyyatına yatırılan xarici investisiyalar 2017-ci ildə bu ölkənin ümumi daxili məhsulunun 12,5 faizini təşkil edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü