Modern.az

“German Hospital” Modern.az-ı məhkəmə ilə HƏDƏLƏDİ

“German Hospital” Modern.az-ı məhkəmə ilə HƏDƏLƏDİ

Aktual

17 Avqust 2018, 17:28

Bu gün  Modern.az-da “Bakıda xəstəxanada BİABIRÇILIQ: Doğulan əkizlərdən biri öldü, digərinin vəziyyəti ağırdır” başılıqlı dərc olunub. Yazı vətəndaş Yusif Sadiyevin şikayəti əsasında yazılıb.

Modern.az jurnalistika etikasına riayət edərək yazı sayta yerləşdirilmədən əvvəl  “German Hospital”ın da mövqeyini öyrənməyə cəhd etdi. Hospitalın 538-66-60 nömrəsi əlaqə saxladığımız zaman operator suallarımızı cavablandırmaq üçün bizi məsul şəxs olan xanıma yönləndirdi. Şikayət barədə məsul şəxsə məlumat verdik və onların bu şikayətə mövqe bildirməyini istədik. Xəstəxanadan bu barədə hər hansı mövqe bildirməyəcəklərini, yalnız hüquq-mühafizə orqanlarına açıqlama verəcəklərini dedilər.

Biz də Yusif Sadiyevin iddialarını və jurnalistikanın qaydalarına uyğun olaraq “German Hospital”ın məsul şəxsinin dediklərini qeyd etdik.

 

Bunun ardından xəstəxananın Modern.az-ı məhkəmə vermək istədiyini öyrəndik və yenidən əlaqə saxladıq. Yenə xəstənanın məsul əməkdaşı bizimlə danışdı, bizə jurnalistika “dərsi” keçməyə başladı. Xəbəri araşdırmadan yazdığımızı dedi. Halbuki biz məsələnin jurnalist olaraq obyektivliyi təmin etmək üçün onlarla əlaqə saxladıq və məsələnin qaranlıq qalan tərəfinə aydınlıq gətirmələrini istədik. Onlar isə günahı özlərində axtarmaq əvəzinə bizi məhkəməyə verməklə hədələdilər.

 

Xatırladaq ki, Yusif Sadiyev  30 iyul 2018-cil il tarixində Bakıda yerləşən “German Hospital”da əkiz uşaqlarının dünyaya gəldiyini bildirib.

Hospitaldan doğulan uşaqların valideynlərinə iyulun 31-i və avqustun 1-də uşaqların vəziyyətinin yaxşı olduğunu bildirsələr də, heç bir analizin nəticəsi təqdim olunmayıb.

 

Yusif deyib ki, avqustun 2-si səhər saatlarından uşaqların vəziyyətində pisləşmə olduğunu bildirdilər.

 

“Vəziyyət pis olduqdan sonra xəstəxanalardan da həkimlər dəvət olundu. Biz bildirdik ki əgər sizin müalicə üçün lazımı şəraitiniz yoxdursa, başqa ixtisaslaşmış xəstəxanaya köçürək. Dedilər ki, biz müalicəni öz üzərimizə götürüb edəcəyik. Təəssüf ki, avqustun 3-də uşağın biri dünyasını dəyişdi. Biz bunu qəbul edib şikayət eləmədik. Digər uşağın müalicəsini davam etməyi və təkrar olaraq başqa uyğun xəstəxanada müalicə olunmasını təklif etdik. Bizə şifahi şəkildə bildirildi ki, başqa yerə köçürülməklə nə isə dəyişməyəcək, lazım olan müalicə burada olunur.

 

Qeyd edim ki, nə analizin nəticəsi,  nə də xəstəlik tarixçəsi bizə təqdim olunub. Biz yenə də xəstəxanadan şikayət eləmədik, inanmışdıq onlara. Təkrar çağırılan həkimlərin rəyi belə oldu ki, əməliyyat olmaz və müalicəsinin OMD-də yaxud “German”da davam etməsinin bir fərqi yoxdur. Biz  müalicənin “German”da davam edilməsini istədik.

 

Y.Sadiyev deyib ki, 14.08.2018-ci il tarixində onlar hospitaldan ölən uşağın ölüm kağızını istədikdə təqdim olunan arayışda uşağın ölü doğulduğunu qeyd ediblər.

 

“Bu da o deməkdir ki, 3 gün sonra ölən uşağa ölü doğulub yazılması və bunu texniki səhv olduğunu qeyd etmələri artıq bizdə klinikanın fəaliyyəti haqqında böyük suallar yaradır. Digər bir tərəfdən isə vəziyyəti ağır olan uşağın, daha doğrusu ölümcül vəziyyət saldıqları uşağın da müalicəsindən boyun qaçırmaları və bunun mütləq OMD-də davam etməli olduğunu israrla qeyd etmələri, ölən uşağa belə saxta sənəd verilməsi “German Hospital”ın bir valideyn olaraq bizə mənəvi zərbəsidir. Olan bu hadisələrdən sonra hələ bir bizi təhdid edərək köçürülməyə razı olmadığınız halda “uşaqdan imtina edirsiniz” demələri çox ağır bir mənəvi zərbədir.

 

Və qeyd edirlər ki, uşağın OMD-də ölməsi yaxud qalması bizi maraqlandırmır. O zaman uşaq pis vəziyyətə düşməmiş niyə başqa yerə köçürülməsinə razı olmurdular? İndi ölümcül vəziyyətdə olan uşağın müalicəsindən imtina edərək köçürülməsini “bizdə lazımi şərait yoxdur” deyərək əsaslandırırlar. Xüsusilə də qeyd edirlər k, bizim klinikada yer tutur, biz ona müalicə edirik və s. Bu necə olur axı! Uşağın birinin o klinikada ölməsi, ikincinin bu vəziyyətdə onun müalicəsindən boyun qaçırılması bilmirəm hansı insani dəyərlərə xidmət edir”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü