Modern.az

Belarusa yeni baş nazir təyin olundu

Belarusa yeni baş nazir təyin olundu

18 Avqust 2018, 14:52

Belarus prezidenti Aleksandr Lukaşenko Sergey Rumasu  ölkənin yeni baş naziri təyin edib. 

Bu haqda Modern.az TASS-a istinadən xəbər verir. 

S.Rumas əvvəllər Belarusun İnkişaf Bankının rəhbəri vəzifəsində işləyib. 

O, hökumət başçısı vəzifəsində Andrey Kobyakovu əvəz edəcək.

A.Lukaşenko Nazirlər Kabinetinin bir neçə üzvünü də dəyişib. Ölkə başçısının fərmanı ilə Dmitri Krutoy iqtisadiyyat naziri, Dmitri Mukulyonok memarlıq və tikinti naziri, Konstantin Şulqan rabitə və informasiya naziri, Roman Qolovçenko isə Dövlət Hərbi-Sənayə Komitəsinin sədri təyin olunublar.

Qeyd edək ki, A.Lukaşenko avqustun 14-də hökumətin işini sərt tənqid edərək bir neçə naziri vəzifədən azad etmişdi. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi