Modern.az

ABŞ-ın Türkiyədəki səfirliyini atəşə tutanların fotosu yayıldı

ABŞ-ın Türkiyədəki səfirliyini atəşə tutanların fotosu yayıldı

Aktual

21 Avqust 2018, 15:02

ABŞ-ın Türkiyədəki səfirliyinin binasına atəş açan Ahmet Ç. və Osman G. adlı şəxslərin görüntüləri yayımlanıb.

Bu haqda Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Qeyd edək ki, ötən gün səhər saat 05 radələrində ABŞ-ın Ankarada yerləşən səfirliyi atəşə tutulub. Naməlum şəxslər ağ rəngli avtomobildən səfirliyin binasına atəş açaraq hadisə yerindən qaçıblar. İnsident nəticəsində xəsarət alan olmayıb. Ahmet Ç. və Osman G. adlı şəxslər Ankarada keçirilən xüsusi əməliyyat zamanı tutulublar.

Rəsmi Ankara hadisəni provakasiya kimi qiymətləndirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü