Modern.az

Şəhriyar Məmmədyarov Aronyanla heç-heçə etdi

Şəhriyar Məmmədyarov Aronyanla heç-heçə etdi

22 Avqust 2018, 00:58

ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin IV turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ağ fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşıb.

 

Modern.az "Report"a istinadən xəbər veir ki, oyun 24-cü gedişdən sonra heç-heçə ilə yekunlaşıb - 0,5:0,5.

 

Bununla da Məmmədyarov xallarını 2,5-ə çatdırıb.

 

Turun digər görüşlərinə gəldikdə, rusiyalı Aleksandr Qrişuk fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib. Hazırda hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anandla norveçli hazırkı dünya çempionu Maqnus Karlsen qarşılaşır. Eyni zamanda Uesli So (ABŞ) - Sergey Karyakin (Rusiya) və Fabiano Karuana (ABŞ) - Hikaru Nakamura (ABŞ) görüşləri keçirilir.

 

On şahmatçının mübarizə apardığı "Sinquefield Cup" 300 min dollar mükafat fonduna malikdir. Qalib 75 min dollar qazanacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü