Modern.az

Azərbaycan İlahiyyat İnstitutuna 60 tələbə qəbul edildi  

Azərbaycan İlahiyyat İnstitutuna 60 tələbə qəbul edildi   

23 Avqust 2018, 09:08

Azərbaycan İlahiyyat İnstitutu növbəti mərhələni arxada qoyub. Dinşünaslıq üçün ayrılan 25, İslamşünaslıq üçün müəyyənləşdirilən 35 yer öz layiqli namizədini tapıb.

Modern.az xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmədov bildirib.

Onun sözlərinə görə, İslamşünaslığa ümumən 83 nəfər müraciət edib, onların arasından 35 namizəd tələbə adını qazanıb:

“Dinşünaslıqda ballar 300-400, islamşünaslıqda 200-300 arası dəyişir. Beləliklə, qəbul olanların hamısının balı 200-dən yuxarıdır. Proses tam başa çatdıqdan sonra ən yüksək ballar və yüksək bal toplayan tələbələr haqqında ətraflı məlumat veriləcək”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü