Modern.az

Putin genişmiqyaslı hərbi təlimləri izləyəcək

Putin genişmiqyaslı hərbi təlimləri izləyəcək

Aktual

6 Sentyabr 2018, 08:56

Rusiya prezidenti Vladimir Putin “Şərq-2018” adlı hərbi təlimlərin mərhələlərindən birini izləyəcək.

Modern.az saytının xəbərinə görə, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov deyib ki, Putin Vladivostokdakı Şərq iqtisadi forumundan sonra hərbi təlimlərə də baş çəkəcək.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Leonid Brejnevin vaxtından bu yana ən irimiqyaslı hərbi təlimlərin keçiriləcəyini elan edib.

Müdafiə naziri təlimlərə 300 min nəfərə yaxın canlı qüvvə və 36 min vahiddən çox yerüstü hərbi texnikanın cəlb olunacağını bildirib.

Rusiya müdafiə nazirinin sözlərinə görə, “Şərq-2018” adlı təlimlər sentyabrın 11-dən 15-nə qədər Mərkəz və Şərq hərbi dairələrinin bütün poliqonlarında keçiriləcək. Orada Sakit okean və Şimal donanması,  o cümlədən Hava Desant Qüvvələri tam tərkibdə iştirak edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü