Modern.az

Rusiya müxalifətinin üzvü Moskvada zəhərlənib

Rusiya müxalifətinin üzvü Moskvada zəhərlənib

Dünya

18 Sentyabr 2018, 14:24

Britaniyada Skripal hadisələrindən sonra Rusiya müxalifətinin üzvünün Moskvada zəhərlənməsi məsələsi gündəmə gəlib.

 

Modern.az “Habertürk” agentliyinə istinadən xəbər verir ki, Rusiyada keçirilən 2018-ci il dünya çempionatında meydana çıxaraq etiraz səsləndirən Pyotr Verzilov zəhərlənib.

“Pussy Riot” qrupunun üzvərindən olan Verzilov çempionat zamanı meydana çıxaraq etiraz nümayiş etdirib.

 

O sonra zəhərlənərək Moskvadakı xəstəxanalardan birinə aparılıb. Verzilovun danışma, görmə və hərəkət etmə qabiliyyətlərinin itirildiyi bildirilib.

Həyat yoldaşı Nadejda Tolokonnikova ərinin dostları ilə birgə onu Berlinə aparmağa müyəssər olub.

“Qorxudulmaq və ya öldürülmək məqsədi ilə qəsdən zəhərləndirildiyinə inanıram” – Tolokonnikova şərh verib.

 

Berlindən verilən açıqlamada onun böyük ehtimalla zəhərləndiyi qeyd edilib.

Qeyd edək ki, dostlarının bazar günü verdikləri açıqlamada onun Berlinə gətirildikdən sonra vəziyyətinin yaxşılığa doğru getdiyi bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü