Modern.az

Gürcüstanda 8 ayda 38 min 500 cinayət törədildi

Gürcüstanda 8 ayda 38 min 500 cinayət törədildi

Dünya

20 Sentyabr 2018, 00:31

Cari ilin yanvar-avqust aylarında Gürcüstanda 38 min 500 cinayət hadisəsi baş verib. Modern.az “Azərtac”a istinadən xəbər verir ki, bu göstərici 2017-ci ilin eyni dövrü ilə müqayisədə 58,5 faiz çoxdur.

 

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayətlərin 36,2 faizinin üstü isti izlərlə açılıb.

 

Cinayətlərin ən çoxu oğurluq, qarət və soyğunçuluq faktlarıdır.

 

Müdafiə naziri Qeorqi Qaxariya cinayətkarlığın sayının artmasını istintaq-axtarış sisteminin zəifliyi və prokurorluq və daxili işlər orqanları arasında fikir ayrılığının olması ilə əlaqələndirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü