Modern.az

Polis qanunsuz ov edəni cərimələdi

Polis qanunsuz ov edəni cərimələdi

Aktual

20 Sentyabr 2018, 12:49

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 19-da Lənkəran rayonunda “Qızılağac” qoruğunun ərazisində qanunsuz ov etdiyinə görə Masallı rayon sakini Muxtar Orucov saxlanılıb.

Bu haqda Modern.az-a DİN-dən bildirilib.

Ondan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “Baykal” markalı ov tüfəngi, 13 ədəd patron, 9 ədəd giliz, 1 ədəd kəmər (patron qatarı) və 4 ədəd çöl quşu götürülüb.

M.Orucov barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi (balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) ilə protokol tərtib edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı