15 dekabr 2018, Şənbə
Ana Səhifə - GÜNDƏM - YAP Lerik rayon təşkilatının yaranmasının 25-ci ildönümü qeyd olunub - FOTO
YAP Lerik rayon təşkilatının yaranmasının 25-ci ildönümü qeyd olunub - FOTO +
26.09.2018, 18:10

Lerik Rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının yaranmasının 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev,  YAP mərkəzi aparatının məsul əməkdaşı Emil Abasov, YAP Lerik rayon təşkilatının fəal üzvləri, rayonun hüquq mühafizə orqanların, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər gül-çiçək dəstələri düzüblər.

Sonra tədbir Lerik Rayon Mədəniyyət Mərkəzində davam etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşiyev tədbir iştirakçılarını əsası ulu öndər, xalqımızın ümummilli lideri  Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycanın çağdaş siyasi tarixində mühüm rol oynayan Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının  yaranmasının 25 illik yubileyi münasibəti ilə təbrik edib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşiyev geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, Yeni Azərbaycan Partiyası xalqı ciddi şəkildə narahat edən məsələlərin həllinə nail olmaq istəyindən meydana gəlmişdir. Ümummilli lider Heydər Əliyev partiyanın II qurultayında demişdir: “YAP o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafeyinə xidmət etmək üçün və xalqın ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələbinə uyğun olaraq yaranmış bir partiyadır.”

Azərbaycanın taleyini, müstəqilliyimizin itirilmək təhlükəsini düşünən bir qrup ziyalı 1992-ci il oktyabrın 16-da Yeni Azərbaycan Partiyasını yaratmaq və ona rəhbərliyi öz üzərinə götürmək xahişi ilə Heydər Əliyevə müraciət  etdilər. Müraciətdə deyilirdi: “Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübəsinə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək mexanizmə malik bir siyasi partiya yaratmağa qadirsiniz. Biz, həm öz adımızdan, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

Azərbaycanın ən yeni tarixinə “91-lərin müraciəti” kimi daxil olmuş həmin sənəd, əslində bütün xalqın arzu və istəyini ifadə edirdi. Heydər Əliyev oktyabrın 24-də ziyalılara göndərdiyi cavabında yeni yaradılacaq  partiyaya rəhbərlik etməsi barədə  müraciəti qəbul etdiyini bildirdi. Dahi şəxsiyyət Heydər Əliyevin “91-lərin müraciətinə” cavabının mətbuatda dərc olunması ilə Yeni Azərbaycan Partiyasının yaranması prosesi başlandı, minlərlə insan taleyini bu partiya ilə bağlamaq arzusunu açıq ifadə etdi. Lakin, heç bir hakimiyyət iddiası nümayiş etdirməyən və qarşısına belə bir məqsəd qoymayan partiyanın təsis konfransının Bakı şəhərində keçirməyə o vaxtkı iqtidar icazə vermədi. Yeni Azərbaycan Partiyası blokada şəraitində yaşayan Naxçıvanda yarandı. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə, Azərbaycanın bütün regionlarından seçilmiş 550 nümayəndənin təmsil olunduğu təsis konfransı keçirildi və Yeni Azərbaycan Partiyasının yarandığı elan edildi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.

Xalqın və zamanın tələbi ilə yaranan YAP Heydər Əliyevin rəhbərliyi altında çox böyük tarixi yol keçərək Azərbaycanın inkişafı, müstəqil dövlət kimi formalaşması üçün bir sıra çətinlikləri aradan qaldırdı, xalqın birlik simvoluna çevrildi. Qısa vaxt ərzində Heydər Əliyevin partiyası adlanan və xalq tərəfindən sevilən YAP-nın respublikanın bütün bölgələrində ilk təşkilatları yarandı. 20-21 dekabr 1999-cu il YAP-nın birinci qurultayında Heydər Əliyev öz çıxışında çox aydın şəkildə qeyd etmişdir: “Partiyanı bir adam yox, o illərdə Azərbaycanın ağır vəziyyətini görən, buna dözə bilməyən və bu ağır vəziyyətdən çıxış yolunu axtaran insanlar və xüsusən ziyalıların hamısı birlikdə yaradıblar.”

Demokratiyanın atributlarından olan seçki kompaniyaları hər bir cəmiyyətin inkişafının əsas meyarlarındandır.  Azərbaycanın müstəqillik tarixində  böyük seçki təcrübəsinə malik olan Yeni Azərbaycan Partiyası  iqtidara gəldiyi 1993-cü ildən bu günədək keçirilmiş 6 Prezident, 5 parlament, 5 bələdiyyə seçkilərinin hamısında qalib gəlmiş, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi məqsədilə 3 referendum (ümumxalq səsverməsi) müvəffəqiyyətlə keçirilmişdir. 2018-ci ilin aprel ayında keçirilən növbədənkənar Prezident seçkilərində də bütün xalqımız və həmişə Heydər Əliyev siyasətinə sadiq olan leriklilər ümummilli liderin siyasi kursunun layiqli  davamçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləmişdir.

Cənab Prezidentin  regionlara, o cümlədən Lerikə olan qayğı və diqqətinin hər birimiz canlı şahidiyik. Cənab Prezidentin rayonumuza tarixi səfərləri, rayonumuzun inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması ilə bağlı imzaladığı sərəncamlar əhalimiz tərəfindən razılıqla qarşılanır.  Respublikanın hər yerində olduğu kimi rayonumuzda da sürətli inkişaf hər bir leriklini sevindirir. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” rayonumuzda uğurla icra edilir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda yeni istehsal sahələrinin yaradılması, əhalinin maddi rifah halının daha da yaxşılaşdırılması üçün müxtəlif tədbirlərin həyata keçirilməsi, eləcə də əmək ehtiyatlarından səmərəli istifadə edilməsi sahəsində ardıcıl olaraq işlər görülməkdədir.

Lerik rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı cənab Prezidentin verdiyi sərəncamlara uyğun olaraq artıq rayonun 49 yaşayış məntəqəsində qazlaşdırılma işləri başa çatdırılmış, 54 məktəb, 4 uşaq bağçası, səhiyyə və mədəniyyət müəssisələri inşa edilmiş, sosial obyektlər əsaslı təmir edilmiş, şəhərin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin qurulması ilə bağlı işlər başa çatdırılmışdır. “Azərişıq” ASC tərəfindən əhalini dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə yeni transformatorlar quraşdırılmış, 8 yaşayış məntəqəsindəki daxili xətlər sip kabellərlə əvəz edilmiş,  35 kv-luq Lənkəran-Hamarat-Lerik, 04/10 kv-luq elektrik hava xətləri əsaslı təmir edilib.

2018-ci ilin birinci yarısında rayon üzrə 380, o cümlədən 107 daimi, 273  müvəqqəti iş yerləri yaradılmışdır. Ümumilikdə isə 2003-2017-ci illər və 2018-ci ilin birinci yarısında 13237 yeni iş yeri açılmışdır ki, bunun da 40 faizdən çoxu daimi iş yerləridir.

Yol infrastrukturunun yenilənməsi ilə əlaqədar cənab Prezidentimizin Sərəncamı ilə Lerik-Qosmalıan-Kəlvəz və Noda-Şingədulan-Xanəgah, Piran-Hamarat-Vıjaker avtomobil yolları əsaslı şəkildə yenidən tikilib. Növbəti ildə də Lerik-Nuravud-Orand avtomobil yolunun tikintisinin həyata keçirilməsi məqsədilə sənədlər təqdim edilib.

Təkcə 2018-ci ildə Lerik rayonunda 564 şagird yerlik 10 məktəbin və 50 yerlik uşaq bağçasının tikintisi, Lerik şəhərinin və Şingədulan, Molalan, Sors, Geskon kəndlərinin içməli su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi, Piran-Hamarat-Vıjaker avtomobil yolunun tikintisi, Lerik şəhərinin içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı alternativ su xəttinin və Veri kəndinə qaz xəttinin çəkilməsi ilə bağlı cənab Prezidentin verdiyi sərəncamlar dediklərimizin bariz nümunəsidir.

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə regionlarda qeyri-neft sektorunun inkişafı ilə əlaqədar rayonumuzda da səmərəli işlər görülmüşdür. Taxılçılıq və heyvandarlığa diqqət artırılmış, əvvəlki illərə nisbətən bu sahələrdə ciddi irəliləyiş var. Ötən il 50 hektar sahədə fındıq tingi, 25 hektarda tütün əkilmişdir. Turizm sahəsində inkişafa nail olunmuşdur. Həmişə ucqar dağ rayonu kimi xarakterizə edilən Lerik bu gün turizm diyarı kimi tanınır. Nəinki respublikamızda, onun hüdudlarından kənarda tanınan və rayonumuza turistlərin cəlb edilməsində mühüm rola malik olan turizm-istirahət mərkəzlərində hər cür şərait yaradılmışdır. Son günlərdə cənab Prezidentin tapşırığı ilə Lənkəran-Lerik yolunun əsaslı təmiri, növbəti ildə isə yenidən tikintisi bu sahənin daha da inkişafına zəmin yaradacaq.

Dövlətimizin əldə etdiyi uğurların və cənab Prezidentin titanik fəaliyyəti ilə reallaşdırılan müstəqil xarici siyasətin nəticəsidir ki, Azərbaycan Respublikası diplomatiya sahəsində tarixi qələbəyə imza atmış, dünyada söz sahibi olan bir ölkəyə çevrilmişdir. Bu gün Azərbaycan enerji siyasətinin təkmilləşdirilməsi və nəqliyyat layihələrinin həyata keçirilməsi istiqamətində də mühüm uğurlara imza atır, respublikamızın iştirakı ilə Avropanın enerji daşıyıcıları ilə təmin olunmasını yaxşılaşdırmaq üçün layihələr icra edilir. “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması, “Cənub” qaz dəhlizi layihəsinin uğurla davam etdirilməsi, 2017-ci il oktyabrın 30-da mühüm nəqliyyat dəhlizi olan Bakı-Tiflis-Qars dəmir yolunun, iyun ayında TANAP-ın istifadəyə verilməsi, TAP-ın uğurla davam etdirilməsi ölkəmizin dünyada artan nüfuzunun əyani təzahürləridir.

Bütün sahələrdə olduğu kimi Ordu quruculuğunda da aparılan islahatlar öz müsbət nəticələrini verməkdədir. 2016-cı ilin Aprel ayında ordumuzun düşmənə sarsıdıcı əks zərbələri və minlərlə hektar torpaqlarımızın işğaldan azad edilməsi, Cocuq Mərcanlı kəndinin bərpa edilməsi və qaçqınların doğma torpaqlarına qayıtması, Bu il isə Naxçıvanda strateji yüksəkliklərin, minlərlə hektar ərazilərimizin azad edilməsi buna əyani nümunədir. İnanırıq ki, Ali Baş komandanımız, YAP-nın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımız azad olunacaqdır. Bunu əyani şəkildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının və bu günlərdə Bakının erməni-daşnak və bolşeviklərdən azad edilməsinin 100 illiyi ilə əlaqədar keçirilən paradlarda bir daha gördük. Paradlarda nümayiş etdirilən hərbi texnika və silahlar Azərbaycan Ordusunun nəyə qadir olduğunu bütün dünyaya bir daha göstərdi.

Partiyanın hər bir üzvü qarşısında duran əsas məsələnin möhtərəm Prezidentimizin uğurlu siyasətini təbliğ etmək olduğunu və xalqımızın bu ideyalar ətrafında daha sıx birləşdiyini qeyd edən natiq  bu işdə partiya üzvlərinə uğurlar arzulayıb.

Məruzə ətrafında YAP Lerik rayon təşkilatının aparat rəhbəri Elxan Qənbərov, rayon Ağsaqqalllar Şurasının sədri Həmzə Vəliməmmədov, Vizəzəmin ilk partiya təşkilatının sədri, Şura üzvü Fərman Haşımov, YAP Qadınlar Şurasının üzvü Şəhla Məmiyeva və rayon təşkilatının Əliabad ərazi ilk partiya təşkilatının sədri Əkrəm Abdullayev çıxış edərək Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının yaranma zərurətindən, uğurlarından söhbət açdılar və təşkilatın yaranmasının 25 illik yubileyi münasibəti ilə təbriklərini çatdırdılar.

Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı iqbal Məmmədov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və YAP mərkəzi aparatının məsul əməkdaşı Emil Abasov çıxış edərək Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının yaranmasının 25 illiyi münasibəti ilə tədbir iştirakçılarını təbrik etdilər. Yeni Azərbaycan Partiyasının 1992-ci ildə ulu öndər, əbədiyaşar Prezident Heydər Əliyev tərəfindən və cəmi 1 il sonra 1993-cü ildə isə partiyanın Lerik rayon təşkilatının rayonun qabaqcıl ziyalıları tərəfindən yarandığını diqqətə çatdırıblar.

Bu gün YAP-nın ölkənin siyasi həyatında ən güclü və aparıcı partiya olduğunu, Heydər Əliyev siyasi kursunun  cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, xalqın rifah halının günü-gündən yaxşılaşdığını, respublikamızın hər yerində aparılan abadlıq, quruculuq-tikinti işlərindən söhbət açaraq son illərdə respublikamızda işsizliyin və yoxsulluğun azaldığını qeyd ediblər.

Azərbaycanın bugünkü inkişafında, Yeni Azərbaycan Partiyasının möhkəmləndirilməsində əvəzsiz xidmətləri olan cənab İlham Əliyevin titanik fəaliyyətini diqqətə çatdırdılar. Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və sabahın partiyası olduğunu vurğulayaraq rayon gənclərinə Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda partiya ətrafında sıx birləşməyi tövsiyə ediblər.

Sonra bir qrup fəal partiya üzvünə Fəxri Fərman və qiymətli hədiyyələr verildi, yeni qəbul edilmiş üzvlərə partiya biletləri təqdim edilib.

Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul edilib.

Tədbir Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının yaranmasının 25 illiyi münasibətilə hazırlanmış konsert proqramı ilə davam etdirilib


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Tanınmış meyxanaçı
15.12.2018, 00:53

Tanınmış meyxanaçı "Maşın"dan getdi

İlham Əliyev və Birinci xanım Tahir Salahovun 90 illik yubiley sərgisində - FOTOLAR
15.12.2018, 00:42

İlham Əliyev və Birinci xanım Tahir Salahovun 90 illik yubiley sərgisində - FOTOLAR

“Milan” klubu cəzalandırıldı
15.12.2018, 00:25

“Milan” klubu cəzalandırıldı

Leyla Əliyeva Emin Ağalarovun konsertində - FOTO
15.12.2018, 00:09

Leyla Əliyeva Emin Ağalarovun konsertində - FOTO

Azərbaycan nefti ucuzlaşdı
14.12.2018, 23:56

Azərbaycan nefti ucuzlaşdı

İsraildə də aksiyalar başladı
14.12.2018, 23:46

İsraildə də aksiyalar başladı

“Şimali Koreyanın böyük iqtisadi uğur üçün möhtəşəm potensialı var” - Tramp
14.12.2018, 23:29

“Şimali Koreyanın böyük iqtisadi uğur üçün möhtəşəm potensialı var” - Tramp

Ermənistanda sonuncu rusdilli televiziya proqramı da bağlandı
14.12.2018, 23:14

Ermənistanda sonuncu rusdilli televiziya proqramı da bağlandı

Təhlükəsizlik qüvvələrinə hücumda 6 nəfər öldü
14.12.2018, 23:00

Təhlükəsizlik qüvvələrinə hücumda 6 nəfər öldü

“Möhtəşəm planlarım var”- Emin Ağalarov
14.12.2018, 22:51

“Möhtəşəm planlarım var”- Emin Ağalarov

Çin Amerika avtomobillərindən vergi almayacaq
14.12.2018, 22:38

Çin Amerika avtomobillərindən vergi almayacaq

Bakı sakini özünü 16-cı mərtəbədən atmaq istədi
14.12.2018, 22:26

Bakı sakini özünü 16-cı mərtəbədən atmaq istədi

Kanadada qiymətli almaz tapıldı
14.12.2018, 22:10

Kanadada qiymətli almaz tapıldı

Türkiyənin antiterrror əməliyyatı qalmaqal yaratdı
14.12.2018, 21:56

Türkiyənin antiterrror əməliyyatı qalmaqal yaratdı

Alimdən XƏBƏRDARLIQ:
14.12.2018, 21:42

Alimdən XƏBƏRDARLIQ: "Vulkanların yaxınlığında evlərin olması təhlükəlidir"

Yerevanda Rusiya səfirliyinin qarşısında aksiya başlayıb
14.12.2018, 21:27

Yerevanda Rusiya səfirliyinin qarşısında aksiya başlayıb

UEFA Ermənistan Futbol Federasiyasını cərimələndi
14.12.2018, 21:15

UEFA Ermənistan Futbol Federasiyasını cərimələndi

Bərdə və Ağcabədidə DOST mərkəzləri yaradılır
14.12.2018, 21:02

Bərdə və Ağcabədidə DOST mərkəzləri yaradılır

Zəhərlənmədə 12 nəfər öldü
14.12.2018, 20:46

Zəhərlənmədə 12 nəfər öldü

Parisin müdafiəsinə 8 min polis cəlb edildi
14.12.2018, 20:33

Parisin müdafiəsinə 8 min polis cəlb edildi

Ankarada qatarın qəza anının VİDEOSU yayıldı
14.12.2018, 20:16

Ankarada qatarın qəza anının VİDEOSU yayıldı

Rusiya ilə gömrük sahəsindəki əməkdaşlıq müzakirə edildi
14.12.2018, 20:03

Rusiya ilə gömrük sahəsindəki əməkdaşlıq müzakirə edildi

Yevlaxda xəyanət üstündə qətl - Ər arvadını öldürdü
14.12.2018, 20:00

Yevlaxda xəyanət üstündə qətl - Ər arvadını öldürdü

Azərbaycanda məzhəblər arasında həmrəylik mövcuddur - Dövlət Komitəsi
14.12.2018, 19:46

Azərbaycanda məzhəblər arasında həmrəylik mövcuddur - Dövlət Komitəsi

Lavrov Tahir Salahovun sərgisində olub
14.12.2018, 19:29

Lavrov Tahir Salahovun sərgisində olub

İlham Əliyev FHN əməkdaşlarının təltif etdi - SİYAHI
14.12.2018, 19:20

İlham Əliyev FHN əməkdaşlarının təltif etdi - SİYAHI

AMEA-nın Rəyasət Heyəti toplandı - Yeni təyinatlar
14.12.2018, 19:09

AMEA-nın Rəyasət Heyəti toplandı - Yeni təyinatlar

Daha 3959 arıçıya subsidiya verilməsi barədə qərar qəbul edildi - SİYAHI
14.12.2018, 19:00

Daha 3959 arıçıya subsidiya verilməsi barədə qərar qəbul edildi - SİYAHI

Füzuli sakinlərindən Əbülfəz Qarayevə MÜRACİƏT
14.12.2018, 18:52

Füzuli sakinlərindən Əbülfəz Qarayevə MÜRACİƏT

Ombudsman əməkdaşları 16 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib
14.12.2018, 18:43

Ombudsman əməkdaşları 16 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib

İcra başçısı yanında Şuranın iclası keçirilib - FOTO
14.12.2018, 18:34

İcra başçısı yanında Şuranın iclası keçirilib - FOTO

Azərbaycan Fransadakı festivalda təmsil olunub - FOTO
14.12.2018, 18:25

Azərbaycan Fransadakı festivalda təmsil olunub - FOTO

Aqrar sahəyə aid yeni qurum yaradıldı - FƏRMAN
14.12.2018, 18:10

Aqrar sahəyə aid yeni qurum yaradıldı - FƏRMAN

Prezident yol tikintisinə 2.82 milyon manat ayırdı
14.12.2018, 17:57

Prezident yol tikintisinə 2.82 milyon manat ayırdı

Rusiya XİN Lavrovun Bakı səfəri ilə bağlı məlumat yaydı
14.12.2018, 17:44

Rusiya XİN Lavrovun Bakı səfəri ilə bağlı məlumat yaydı

Bakcell növbəti müsabiqə elan etdi
14.12.2018, 17:22

Bakcell növbəti müsabiqə elan etdi

Manat 3 gün bu məzənnədə olacaq
14.12.2018, 17:10

Manat 3 gün bu məzənnədə olacaq

Nazir struktur islahatı apardı - Bakıda TSEK-lərin sayı azaldıldı   
14.12.2018, 17:07

Nazir struktur islahatı apardı - Bakıda TSEK-lərin sayı azaldıldı  

FHN əməkdaşlarına ali hərbi rütbələr, fəxri adlar verildi - ADLAR
14.12.2018, 17:05

FHN əməkdaşlarına ali hərbi rütbələr, fəxri adlar verildi - ADLAR

Deputat qazidən yazdı: Vətən həm də sizlərin qeyrəti və əməlidir!
14.12.2018, 17:02

Deputat qazidən yazdı: Vətən həm də sizlərin qeyrəti və əməlidir!

Autizm sindromlu uşaqlar haqqında filmin təqdimatı keçirilib 
14.12.2018, 17:00

Autizm sindromlu uşaqlar haqqında filmin təqdimatı keçirilib 

UNEC yeni əməkdaşlığa başlayır
14.12.2018, 16:55

UNEC yeni əməkdaşlığa başlayır

Leyla Əliyeva Qarabağa gedən rusiyalı qadınlara cavab YAZDI
14.12.2018, 16:49

Leyla Əliyeva Qarabağa gedən rusiyalı qadınlara cavab YAZDI

Avtovağzal gücləndirilmiş rejimə keçir – 200-dən çox ehtiyat avtobus ayrıldı
14.12.2018, 16:37

Avtovağzal gücləndirilmiş rejimə keçir – 200-dən çox ehtiyat avtobus ayrıldı

Bu saytlardan Mətbuat Şurasına ŞİKAYƏT OLUNDU  
14.12.2018, 16:34

Bu saytlardan Mətbuat Şurasına ŞİKAYƏT OLUNDU  

Jurnalistlərin binası ətrafında ağaclar əkiləcək
14.12.2018, 16:30

Jurnalistlərin binası ətrafında ağaclar əkiləcək

“Dedim ki, Serj, 5 rayonu Azərbaycana qaytar...” - LUKAŞENKO
14.12.2018, 16:29

“Dedim ki, Serj, 5 rayonu Azərbaycana qaytar...” - LUKAŞENKO

Beynəlxalq simpozium iştirakçıları Şeyx Zahid Gilaninin məqbərəsini ziyarət edib - FOTO
14.12.2018, 16:24

Beynəlxalq simpozium iştirakçıları Şeyx Zahid Gilaninin məqbərəsini ziyarət edib - FOTO

İlham Əliyev iranlı naziri qəbul etdi   
14.12.2018, 16:19

İlham Əliyev iranlı naziri qəbul etdi  

“Özkardeşlər” və “Qızıl balıq” BAĞLANDI
14.12.2018, 16:15

“Özkardeşlər” və “Qızıl balıq” BAĞLANDI

ARXİV