Modern.az

İrandan İsrailə xəbərdarlıq

İrandan İsrailə xəbərdarlıq

27 Sentyabr 2018, 22:25

İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani İsrailə xəbərdarlıq edib. Modern.az yerli mediaya istinadən xəbər verir ki, o, Suriya ərazisində olan obyektlərə zərbələrin endirilməsinin İsrailə baha başa gələcəyini bildirib.

 

“İsrail Suriya ərazisində terrorçulara dəstək verir, eyni zamanda onlara qarşı mübarizə aparan qüvvələrə zərbələr endirir. İsrail bu cür davam etsə, onu peşman edəcək reaksiya ilə üzləşəcək”,- deyə Əli Şamxani vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü