Modern.az

ABŞ müttəfiqlərini pis vəziyyətdə qoyur – Raketlər geri aparılır

ABŞ müttəfiqlərini pis vəziyyətdə qoyur – Raketlər geri aparılır

Dünya

29 Sentyabr 2018, 11:40

ABŞ İranla münasibətlərinin gərginləşməsi fonunda Yaxın Şərqdəki hərbi gücünü zəiflədir.

 

Modern.az “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, ABŞ Yaxın Şərqdən bir neçə raket komplekslərini artıq oktyabrdan başlayaraq çıxaracaq.

 

Əsasən 4 “Patriot” hava hücumundan müdafiə raket komplekslərinin çıxarılması nəzərdə tutulub. Bu komplekslərin ikisi Küveytdən, biri Bəhreyndən, biri də İordaniyadan çıxarılacaq.

 

Nəşrin Pentaqona yaxın mənbələrinə görə bu adları sadalanan komplekslər artıq döyüş növbəsindən götürülüb və daşınma üçün hazır vəziyyətə gətirilib. Onların yeniləri ilə əvəz olunması barədə isə heç bir plan yoxdur.

 

Bununla da Yaxın Şərqdə müttəfiqlərinin müdafiəsini zəiflətmiş olan ABŞ-ın bunu əsasən Çin və Rusiya təhlükəsinə kökləndiyi üçün etdiyi bildirilir.

 

Beləliklə, Pentaqon Rusiya və Çin təhlükəsi ilə əlaqədar öz qüvvələrini yenidən qruplaşdırır.

 

Nəşrin məlumatına görə, ABŞ-ın bəzi “Patriot” sistemləri Yaxın Şərqdəki döyüş növbətçiliyinə davam edəcək, amma 4 sistemin bu regiondan çıxarılması müttəfiqlərin fəaliyyət imkanını nəzərəçarpacaq dərəcədə zəiflədəcək.

 

Qeyd edək ki, ABŞ istehsalı olan “Patriot” kompleksləri ilk növbədə raket hücumundan qorunmaq üçün nəzərdə tutulub. Lakin bu sistemlər hücum üçün də istifadə edilə bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü